Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bilgə xaqan (Qədim türk: 𐰋𐰃𐰠𐰏𐰀:𐰴𐰍𐰣, Bilgä Qaγan, çin. 阿史那默棘連; ) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. Türk tarixinin ən önəmli simalarından biri he

Bilgə xaqan

  • Ana Səhifə
  • Vikipediya
  • Bilgə xaqan

Bilgə xaqan (Qədim türk: 𐰋𐰃𐰠𐰏𐰀:𐰴𐰍𐰣, Bilgä Qaγan, çin. 阿史那默棘連; ) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. Türk tarixinin ən önəmli simalarından biri hesab olunur. Rəsmi başlıq: "Tengriteg Tengride bolmuş Türk Bilgə Kağan" :Göydə Tanrı kimi olmuş türk Bilgə xaqan.

Bilgə Bögü xaqan
Qədim türkcə: 𐰋𐰃𐰠𐰏𐰀𐰴𐰍𐰣
Bilgə xaqanın mərmərdən düzəldilmiş büstü
Bilgə xaqanın mərmərdən düzəldilmiş büstü
İkinci Göytürk xaqanlığının IV xaqanı
716 – 734
Əvvəlkiİnel xaqan
SonrakıYollıq xaqan
Şəxsi məlumatlar
Doğum tarixi 683
Vəfat tarixi 25 noyabr 735 (51–52 yaşında)
Vəfat yeri
  • Ötüken, Arxanqay, Monqolustan
Vəfat səbəbi zəhər[d]
Atası İlteriş xaqan
Anası İlbilgə Xatun
Həyat yoldaşı Po Beq
Uşaqları Yollıq xaqan
Bilgə Qutluq xan
Syüan
Ailəsi Aşina
Dini Tenqriçilik

Mündəricat

Adı və ilkin həyatı

Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi. 710-cu ildə Sakal xanın başçılığındakı türgişlər də məğlub edildi və tabe edildi. 715-ci ildə isə qarluqlar Tamaq dağında məğlub edildi. 716-cı ildə 33 yaşında Kül Teginin xan olmaq istəməməsilə taxta çıxdı.

Hakimiyyəti

Hakimiyyətə gəldikdən sonra Kül Tegin vəliəhd elan olundu. Bilgə xaqan oturaq həyata keçmək istəsə də Tonyukuk onu bu fikirdən daşındırdı. Həmçinin Buddizm və Taoizmə də maraq duyan Bilgə xaqanın bu dinləri yaymaması məsləhət görüldü. Xarici siyasət Kül Teginin əlində cəmlənmişdi.

Çinlə münasibətlər

720-ci ildə Tonyukukun başçılığındakı bir ordu Çin vassalı basmıllara hücum etmişdi. Yüan Çen başçılığındakı basmıl-tatab-kidan-çin ordusu 300.000 nəfərdən ibarət idi. Bu ordunun məğlubiyyəti Çin üçün böyük zərbə oldu. Türklər, ilk dəfə bu döyüşdə qadınları və uşaqları belə öldürmüşdülər — hansı ki, bu türk müharibələrində görünən bir adət deyildi. 722-ci ildə bu tayfaların müqaviməti də qırılmışdı. Bundan sonra Çinlə sülh münasibətləri başladı.

Kül Teginin ölümü

731-ci ildə Kül Teginin vəfat etdi. İmperator xaqana başsağlığı göndərdi və Kül Tegin üçün bir abidə tikdirdi. Həmin il çinlilərlə əlaqələr yenidən pozuldu. Kidanların başçısı Ketuqan xana 40000 türk əsgər verən xaqan 733-cü ildə çinliləri ağır məğlubiyyətə uğratmışdı. Bu illərdə qızını Suluk xana verdi, öz oğlunu da Sulukun bacısı ilə evləndirdi.

Ölümü

Xaqan Buyruq Çor adlı bir əyan tərəfindən zəhərlənmişdi. Xaqan bundan xəbər tutanda gec idi amma ölümdən öncə Buyruq Çor və ailəsini edama məhkum etmişdi.

Dəfni

25 noyabr, 734-cü ildə vəfat etmişdi. Taxta oğlu Yollıq xaqan çıxmışdı. Bilgə xaqanın dəfn mərasimi 22 iyun 735-ci ildə baş tutmuş, 500 xarici səfir mərasim üçün qızıl və gümüş, şamlar gətirmişdi. Kədərlənən türklər öz qulaqlarını, üzlərini, burunlarını kəsmişdilər. Xaqanın şərəfinə atlar, itlər, samurlar və sincablar qurban verilmişdi.

Ailəsi

Tonyukukun qızı El Etmiş Bilgə xatun ilə evlənmişdir.

Oğulları

  • Yollıq xaqan
  • Bilgə Qutluq xaqan
  • Syüan (Qutluq Yabqu xaqanın dövründə çox qısa müddətli nominal xaqan)
  • Digər oğlunun adı bilinmir, lakin Pan Kültigin dövründə çox qısa müddətli nominal xaqan olmuşdur.

Qızları

  • Bir qızı Suluk xan ilə evlənmişdir.
  • Şahzadə Talo — Ozmış xaqanın ölümündən sonra Çinə mühacirət etmişdir.

Bilgə Xaqan Abidəsi

Bu kitabə, Müdrik Xaqanın ölümündən (734) bir il sonra (735), öz oğlu olan Tengri kağan tərəfindən diktirilmiştir. Bu kitabədə da danışan; Kül Tigin kitabədə də olduğu kimi, Bilge Xaqandır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bilgə xaqan haqqında məlumat. Bilgə xaqan nədir? Bilgə xaqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hidroelektrik stansiyası

  • Fevral 27, 2026

    Əşrəf Hakimi

  • Fevral 20, 2026

    Pireney

  • Fevral 27, 2026

    Vəkillik

  • Fevral 27, 2026

    Əli Abbasov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst