Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Malik Fərrux

  • Ana Səhifə
  • Vikipediya
  • Malik Fərrux

İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), "Qızıl Qələm" mükafatı laureatı.

Malik Fərrux
Malik Fərrux oğlu İbrahimiov
Doğum adı Malik
Təxəllüsü Fərrux
Doğum tarixi 27 dekabr 1948
Doğum yeri Laçın
Vəfat tarixi 2 dekabr 1998 (49 yaşında)
Vəfat yeri Bakı şəhəri
Milliyyəti azərbaycanlı
Uşağı Günay Malikqızı
Atası İbrahimov Fərrux
Fəaliyyəti jurnalist, şair, teleaparıcı, yazıçı-publisist
Mükafatları "Qızıl qələm" mükafatı
facebook.com/malikfarrux/

Mündəricat

Həyatı

Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966–1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz" jurnalında çap etdirdiyi "Qartallı Dağlar" şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri" redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışmışdır.

О, dörd il televiziyanın "Ekran" divar qəzetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan" qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər", "Sarı güllər", "Sən də tufanla oynama", "Polismen", "Qar yağır", "Alabəzək yuxular" və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayıl Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.

1998-ci il dekabrın 2-də vəfat etmişdir.

Dörd övladı, 3 qızı, 1 oğlu var.

Telejurnalist Günay Malikqızı və Zöhrab İbrahimlinin atasıdır.

Həmçinin bax

  • Facebook səhifəsi
  • Youtube kanalı

Əsərləri

  1. Pəncərədən qızlar baxar. kitabı Bakı: Gənclik, 1977, 30 səh.
  2. Bir payız günü. kitabı Bakı: Yazıçı, 1985, 60 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Malik Fərrux haqqında məlumat. Malik Fərrux nədir? Malik Fərrux nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şınıx

  • Fevral 24, 2026

    Ərəb əlifbası

  • Fevral 27, 2026

    Kosmopolitizm

  • Fevral 27, 2026

    Betula nigra

  • Fevral 27, 2026

    Türkmən körfəzi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst