Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hayfa (İvritcə: חיפה; Ərəbcə: حيفا) — İsrailin şimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir.

Hayfa

  • Ana Səhifə
  • Vikipediya
  • Hayfa

Hayfa (İvritcə: חיפה; Ərəbcə: حيفا) — İsrailin şimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir.

Şəhər
Hayfa
ivr. ‏חֵיפָה‏‎
ərəb. حَيْفَا‎
Bayraq Gerb
Bayraq Gerb
32°48′00″ şm. e. 34°59′00″ ş. u.HGYO
Ölkə  İsrail
Dairə [[Hayfa dairəsi]]
Mer Yona Yahav
Tarixi və coğrafiyası
Əsası qoyulub 1761
Yaşayış məntəqəsi statuslu 1877
Sahəsi 63.67 km²
Mərkəzin hündürlüyü 475 m
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 278 903 nəfər (2016)
Sıxlığı 4223.9 nəf./km²
Aqlomerasiya 1 048 900
Milli tərkibi yəhudilər: 81.2%
ərəblər: 9.8%
druzlar: 0.1%
digərləri: 8.9%
Rəqəmsal identifikatorlar
Telefon kodu +972 4
Poçt indeksi 33000
Digər
haifa.muni.il
Hayfa xəritədə
Hayfa
Hayfa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsraildə sıx olaraq ərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik, Tövrat) adı keçmişdir. Yəhudilər, Romalılar, Ərəblər, Səlibçilər, Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildə Napalyon Bonapart tərəfindən işğal edilmişdir. Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır. Həmçinin bu dağ yamaclarında Bəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var.

Əhalisi 278 903 nəfər (2016-cı il). Hayfada 1948-ci ildə 98 600 insan yaşayırdı.

Hayfadakı Uri Michaeli Beynəlxalq Hava Limanı Təl-Əvivə və Eylata gündəlik sərnişin reysləri və Afina, Larnaka və Antalyaya müntəzəm uçuşlar həyata keçirir.

Mündəricat

Etimologiyası

Versiyalardan birinə görə, şəhərin adı ivrit dilində ‏חוף יפה‏‎ "xof yafe" — "gözəl sahildir" deməkdir. Səlibçilər şəhərin adını İsa Məsihin çarmıxa çəkildiyi dövrdə yaşamış baş kahin Kayafanın adıyla bağlayırdılar. Daha bir versiyaya görə, bu ad aramey dilində "xaffa"-"sahil" sözündən yaranıb (aramey dili daha əvvəl bu regionda geniş yayılmışdı).

Tarixi

Hayfanın hələ Roma imperiyası dövründə əsası qoyulmuşdur. Talmud dövründə (III–V əsrlərdə) Hayfanın yerində çiçəklənən yəhudi qəsəbəsi mövcud idi. Səlibçilər dövründə (XI əsr) bura o vaxtlar üçün kifayət qədər böyük yaşayış məntəqəsi və əhəmiyyətli Aralıq dənizi limanı idi. Karmel dağında karmelçilərin ordeni yerləşirdi. 1880-ci illərin sonundan Hayfa böyük liman şəhəri və Fələstinin əsas dəniz qapıları olur. 1930-cu illərdə Hayfa qeyri-leqal immiqrasiyanın mərkəzi idi. Qeyri-leqal repatriant-yəhudilərin əksəriyyəti, həmçinin nasist Almaniyasından qaçqınlar Fələstinə Hayfa portu vasitəsilə çatırdılar. 1944-cü ilə yəhudilər həmin vaxt 128 min nəfər əhalisi olan Hayfanın əhalisinin əksəriyyətini təşkil edirdilər.

Qardaşlaşmış şəhərlər

Hayfa bələdiyyəsi qarşısında qardaşlaşmış şəhərlərin adları həkk olunmuş daş piltə

Tarixlərin əsas mənbəyi — Hayfa bələdiyyəsinin rəsmi saytı (ing.).

  • Ukrayna Odessa, Ukrayna — 13 sentyabr 1992-ci ildən.
  • ABŞ Boston, Massaçusets, ABŞ — 10 noyabr 1999-cu ildən.
  • ABŞ San-Fransisko, Kaliforniya, ABŞ — 1984-cü ildən.
  • ABŞ Fort Lauderdeyl, Florida, ABŞ — 2002-ci ilin martından.
  • Böyük Britaniya Portsmut, Böyük Britaniya — 1962-ci ildən.
  • Böyük Britaniya Nyukasl, Böyük Britaniya — 30 iyun 1980-ci ildən.
  • Böyük Britaniya Xakni, London, Böyük Britaniya — 9 sentyabr 1968-ci ildən.
  • İtaliya Turin, İtaliya — 6 mart 1997-ci ildən.
  • Danimarka Olborq, Danimarka — 25 dekabr 1972-ci ildən.
  • Belçika Antverpen, Belçika — 7 may 1986-cı ildən.
  • Almaniya Bremen, Almaniya — 1978-ci ildən.
  • Almaniya Düsseldorf, Almaniya — 1988-ci ildən.
  • Almaniya Mayns, Almaniya — 30 mart 1987-ci ildən.
  • Almaniya Erfurt, Almaniya — 6 fevral 2000-ci ildən.
  • Fransa Marsel, Fransa — 1962-ci ildən.
  • Kipr Limasol, Kipr Respublikası — 9 sentyabr 2000-ci ildən.
  • Çin Şanxay, Çin — 21 iyun 1994-cü ildən.
  • Filippin Manila, Filippin — 22 mart 1971-ci ildən.
  • Cənubi Afrika Respublikası Keyptaun, CAR.
  • Argentina Rosario, Argentina — 10 mart 1988-ci ildən.
  • Rusiya Sankt-Peterburq, Rusiya — 20 may 2008-ci ildən.

Həmçinin bax

  • İsrail
  • İsrail dairələri
  • Hayfa dairəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hayfa haqqında məlumat. Hayfa nədir? Hayfa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Böyük Düzənliklər

  • Fevral 27, 2026

    Muntiacus crinifrons

  • Fevral 27, 2026

    Sətəlcəm

  • Fevral 27, 2026

    Rinit

  • Fevral 27, 2026

    Etil spirti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst