Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Plasdarm (fr. place d'armes — "qoşunların toplaşma meydanı") — silahlı qüvvələrin cəmləşdirilməsi və yerləşdirilməsi üçün baza kimi istifadə edilən, öz və ya ba

Plasdarm

  • Ana Səhifə
  • Vikipediya
  • Plasdarm

Plasdarm (fr. place d'armes — "qoşunların toplaşma meydanı") — silahlı qüvvələrin cəmləşdirilməsi və yerləşdirilməsi üçün baza kimi istifadə edilən, öz və ya başqa dövlətin ərazisi (və ya onun bir hissəsi), habelə hər kəsə qarşı hərbi əməliyyatların aparılması məqsədilə, o cümlədən düşmən ərazisinə basqın hazırlanarkən yaradılan dayaq nöqtəsi; strateji və ya əməliyyat əhəmiyyəti də ola bilər. Buna misal olaraq İkinci Dünya müharibəsi zamanı Normandiyada genişmiqyaslı dayaq meydanı olan Overlord əməliyyatını göstərmək olar.

Overlord əməliyyatı zamanı Fransada dayaq məntəqəsinin yaradılması üçün Müttəfiqlərin planlarını göstərən xəritə

Mündəricat

Mənası

İvan Sıtinin Hərbi Ensiklopediyasında (1911-1915) plasdarm qoşun toplama yeri olduğu göstərilir və onun bir neçə mənaları nəzərdən keçirilir. Plasdarm - istehkamlarda, qala hasarlarının və qalaların giriş və çıxış hissələrində yolları əhatə edən, yığma, sıralama və ya qalada toplama sahəsi üçün xidmət edən meydandır. Plasdarm qalalarda daxil olma və ondan çıxış nöqtələridir. Plasdarmdakı silahlı qaravul Von adlanırdı.

Həmçinin plasdarm hücum zamanı ordunun su maneəsini (çay, göl və s.) keçərkən ələ keçirdikləri və ya əks sahilində geri çəkilən qoşunların saxladıqları ərazi parçası da adlanır. İkinci Dünya müharibəsi illərində, Dnepr çayını keçərkən, SSRİ Silahlı Qüvvələri 1943-cü ilin payızında Loyev şəhərindən Zaporojya şəhərinə qədər 750 kilometrlik bir zolaqda çayın sağ sahilində 27 plasdarm ələ keçirmişdi. Lakin onlardan 26-sı cəbhə boyu bir kilometrdən 10 kilometrə qədər, iki kilometrdən 9 kilometrə qədər dərinlikdə idi. Qırmızı Ordunun ikinci eşelon və ehtiyat qüvvələri tərəfindən nasist Almaniyasının işğalçılarına qarşı şiddətli döyüşlərdə bu plasdarmların bir hissəsi cəbhə boyu 20 kilometrə və 10-14 kilometr dərinliyə qədər genişləndirildi və SSRİ Silahlı Qüvvələri üçün operativ əhəmiyyət kəsb etdi.

Sahil kənarını qorumaq üçün plasdarmın müdafiə mövqeyinə körpü başı istehkamı və ya têt-de-pont (fr. tête de pont – “körpünün başı”) deyilir.

Taktiki plasdarmlar adətən birinci eşelonun qabaqcıl dəstələri, avanqardları və ya bölmələri tərəfindən hücum zamanı ələ keçirilir. Sonra isə döyüşə qatılan operativ qüvvələr - ikinci eşelon bölmələri və ehtiyat hissələri tərəfindən genşləndirilir. Həm taktiki, həm də əməliyyat plasdarmları hava-desant hücum qüvvələri tərəfindən ələ keçirilə bilər. Böyük plasdarmların olması geniş hücum əməliyyatları üçün əlverişli şərait yaradır. Belə ki, plasdarmlarda böyük qüvvələrin cəmləşdirilməsi su hövzələrinin hücumla keçilməsi zərurətini aradan qaldırır.

Strateji plasdarmlar

Birinci Dünya müharibəsindən əvvəl strateji plasdarmlar:

  • Almaniya imperiyası — Şərqi Prussiya.
  • Rusiya imperiyası — Polşa çarlığı.
  • Avstriya-Macarıstan — Bohemiya.

Ədəbiyyat

  • Плац // ru:Толковый словарь живого великорусского языка : в 4 т. / авт.-сост. ru:В. И. Даль. — 2-е изд. — СПб. : Типография М. О. Вольфа, 1880—1882.
  • ru:Вон // ru:Толковый словарь живого великорусского языка : в 4 т. / авт.-сост. ru:В. И. Даль. — 2-е изд. — СПб. : Типография М. О. Вольфа, 1880—1882.
  • ru:Плацдарм // ru:Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого … [и др.]. — СПб. ; [М.] : Тип. т-ва ru:И. Д. Сытина, 1911—1915.
  • ru:Крыло (в фортификации) // ru:Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого … [и др.]. — СПб. ; [М.] : Тип. т-ва И. ru:Д. Сытина, 1911—1915.
  • ru:Плацдарм // Объекты военные — Радиокомпас / [под общ. ред. ru:Н. В. Огаркова]. — М. : ru:Военное изд-во М-ва обороны СССР, 1978. — (ru:Советская военная энциклопедия : [в 8 т.] ; 1976—1980, т. 6).
  • Великая Отечественная война 1941—1945: энциклопедия. — Mосква: Советская энциклопедия. М. М. Козлов. Редколлегия: Ю. Я. Барабаш, П. А. Жилин (зам. гл. ред.), В. И. Канатов (отв. секретарь) и др.. 1985.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Plasdarm haqqında məlumat. Plasdarm nədir? Plasdarm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbhər

  • Fevral 27, 2026

    Lazar Parpetsi

  • Fevral 27, 2026

    Kartvelologiya

  • Fevral 27, 2026

    Potensial enerji

  • Fevral 27, 2026

    Darginlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst