Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qari Leonard Oldmen (ing. Gary Leonard Oldman; 21 mart 1958, London, İngiltərə) — məşhur ingiltərəli aktyor və rejissor. Son illərdə o Harri Potter filmləri sil

Qari Oldmen

  • Ana Səhifə
  • Vikipediya
  • Qari Oldmen

Qari Leonard Oldmen (ing. Gary Leonard Oldman; 21 mart 1958, London, İngiltərə) — məşhur ingiltərəli aktyor və rejissor. Son illərdə o Harri Potter filmləri silsiləsində Sirius Blek və Kristofer Nolanın Betmen filmləri silsiləsindəki obrazlarına görə tanınır. 2018-ci ildə "Darkest Hour" (2017) filminə görə "ilin ən yaxşı aktyoru" nominasiyasında "Oskar" mükafatı qazanmışdır.

Qari Oldmen
ing. Gary Leonard Oldman
2011-cu ildə Oldmen
2011-cu ildə Oldmen
Doğum adı Gary Leonard Oldman
Doğum tarixi 21 mart 1958 (67 yaş)
Doğum yeri London, Nyu-Kros, Böyük Britaniya
Vətəndaşlığı  Böyük Britaniya
Uşağı 3
Fəaliyyəti Aktyor
Rejissor
Musiqiçi
Fəaliyyət illəri 1979–h.h.
Boyu 174 sm
Çəkisi 75 kq
Mükafatları Cəngavər bakalavrı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı — 2018
IMDb ID0000198
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Leonard Qari Oldmen 21 mart 1958-ci ildə Londonda, qaynaqçı ailəsində anadan olub. Qarinin yeddi yaşı olanda atası ailəni tərk edib. Balaca Qari iki bacısı ilə anasının yanında böyüyüb. Ona çox nadir hallarda baş çəkən atası 62 yaşında əyyaşlıqdan vəfat edib. On dörd yaşı olan Qari Qrinviç Gənclər Teatrının truppasına daxil olub, on altı yaşında isə idman ləvazimatlarının satışı ilə məşğul olmaq üçün məktəbi yarımçıq qoyub. Amma o, eyni zamanda ədəbiyyatla yaxından maraqlanır və pianoda çalırmış. Dram müəllimi Rocer Vilyams Qarinin həyatında həlledici rol oynayaraq onu kino aləminə gətirib. 1979-cu ildə gənc Qari Kent şəhərindəki Rouz Brufordun səhnə nitqi və dram kollecini əla qiymətlərlə bitirib.

Karyerası

Növbəti il o, Qlazqo teatrı ilə Avropa və Cənubi Amerikaya qastrol səfərinə yollanıb. Britaniya televiziyasına mütəmadi dəvətlər alan Qari artıq 80-ci illərdə İngiltərə səhnəsinin aparıcı aktyorlarından birinə çevrilir. Bir neçə dəfə peşəkar mükafatına layiq görülən aktyor Kral saray və Kral Şekspir teatrlarında çalışmağa başlayır. 1986-cı ildə Qari Oldmenin kinodebütü baş tutur. Aktyor "Sid və Nensi" filmində Sid obrazını canlandırır. 1988-ci ildə ABŞ-yə yollanan Qari Oliver Stounun məşhur "JFK" filmində qatil Li Harvi Osvald roluna dəvət alır. "Ölməz sevgili", "Beşinci element", "Prezidentin təyyarəsi" kimi filmlərdə aktyor bütün istedadını ortaya qoyub. 1998-ci ildə "Kosmosda itənlər" elmi-fantastik filminə çəkilən aktyor son dövrlərdə uşaqların sevimli qəhrəmanı Harri Potterin seriyalarına çəkilib. Hollivudda Oldmeni "aktyorların aktyoru" adlandırırlar. Tanınmayacaq qədər cilddən-cildə girməyi bacaran, hər obrazı xüsusi danışıq tərzi ilə canlandıran, Hollivudun ən valehedici canilərini oynayan və tarixdən tanınan şəxslərin rollarını ifa etməyə ən yaxşı namizəd hesab edilən Qari bu təxəllüsü nahaq yerə almadığını sübut edib. İkinci planın qəhrəmanını oynayan aktyor çox vaxt ekranda bir nömrəli nəhəngə çevrilir. Oldmenin oynadığı filmləri elit adlandırmaq olmaz, amma aktyor rolunu o qədər bacarıqla ifa edir ki, hətta ən pis kinoda da onu seyr etmək xoş olur.

Seçilmiş filmoqrafiya

  1. Brem Stokerin Drakulası (film, 1992)
  2. Leon (film, 1994)
  3. İlayın kitabı (film, 2010)
  4. RoboKop (film, 2014)
  5. Darkest Hour (film, 2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qari Oldmen haqqında məlumat. Qari Oldmen nədir? Qari Oldmen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mormon kitabı

  • Fevral 27, 2026

    Yıldız Tilbe

  • Fevral 24, 2026

    Əhdi-ətiq

  • Fevral 27, 2026

    Aytilla

  • Fevral 27, 2026

    Mnet

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst