Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi.

Haylar

  • Ana Səhifə
  • Vikipediya
  • Haylar

Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi.

Mündəricat

Tarixi

Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar.

Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular.

Dil

Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir. Hayasa dilindən az miqdarda məlumatın təhlili onu belə bir nəticəyə gətirdi ki, hay dili Hind-Avropa dil ailəsinin qədim Anadolu dillərinin Het-Nessi qrupuna aiddir və ya bəlkə də müstəqil qədim Asiya dilidir. Bu məlumatlar əsasında erməni dilində hay komponentinin mahiyyətini öyrənməyə cəhd edilmişdir. Caukyan hətta urartu və erməni dillərində "erməni-işuva dialektlərinin qalıqları"nın olduğunu güman edir.

Ermənilərin etnogenezində

Erməni xalqının formalaşmasında əsas rol oynamış qədim etnik qrupun het kitabələrindən Hayasa-Azzi kimi tanınan tayfalar birliyi olması üstünlük təşkil edir. Emil Forrer və Qriqor Qapantzyanın bu dövlət birliyinin erməni xalqına öz adını hay verdiyi hesab olunur. Pol Kreçmer ilk dəfə bu müddəanı linqvistik cəhətdən əsaslandırmağa çalışmışdır. Onun fikrinə görə, "Hayasa" adı "Haya" kökündən və Kiçik Asiyada yer adlarında ümumi şəkilçi olan "-sa" sonluğundan ibarətdir..

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Haylar haqqında məlumat. Haylar nədir? Haylar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fridrix Merts

  • Fevral 27, 2026

    Çöpşəkillilər

  • Fevral 27, 2026

    Ekologiyanın tarixi

  • Fevral 27, 2026

    Yerin mantiyası

  • Fevral 28, 2026

    Müsavat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst