Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Timişoara (rum. Timișoara, alm. Temeschwar veya Temeschburg‎, mac. Temesvar) — Rumıniyanın qərb hissəsində, Temeş vilayətinin mərkəzi şəhəridir. 2011-ci ilin st

Timişoara

  • Ana Səhifə
  • Vikipediya
  • Timişoara

Timişoara (rum. Timișoara, alm. Temeschwar veya Temeschburg‎, mac. Temesvar) — Rumıniyanın qərb hissəsində, Temeş vilayətinin mərkəzi şəhəridir. 2011-ci ilin statistikasına əsasən Rumıniyanın üçüncü böyük şəhəri olan Timişoara, sosial, iqtisadi və mədəni olaraq Qərbi Rumıniyanın əsas mərkəzidir. Belqradın təxminən 130 km şimal-şərqində, axın istiqaməti kanallarla nizamlanmış Bega çayının sahilində yerləşir.

şəhər
Timişoar
Timișoara
Gerb
Gerb
45°45′35″ şm. e. 21°13′48″ ş. u.HGYO
Ölkə Rumıniya
Tabesində Timişoar Vilayəti
Başçı Gheorghe Ciuhandu
Tarixi və coğrafiyası
İlk məlumat 1175
Sahəsi
  • 130,5 km²
Mərkəzin hündürlüyü 94 m
Saat qurşağı UTC+02:00
Əhalisi
Əhalisi 468.162 nəfər
Sıxlığı 2,439/km² (6,3/sq mi)
Aqlomerasiya 331.927
Rəqəmsal identifikatorlar
Telefon kodu +40 56
Poçt indeksi 300001–300789
Nəqliyyat kodu TM
Digər
Timişoar Bələdiyyəsi
Xəritəni göstər/gizlə
Timişoar xəritədə
Timişoar
Timişoar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Şəhərin yaxınlığında aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki burada Neolit dövründə və Roma imperiyasının vaxtından bu ərazidə məskunlaşma başlamışdır. Adı mənbələrdə ilk dəfə 1212-ci ildə, Romaya aid Temesiensis adlı bir castrum olaraq keçmişdir. Sonradan, həmin dövrdə bataqlıqlarla əhatə olunmuş bölgənin mərkəzində qala inşa edilmişdir. Qala 13-cü əsrdə Tatarlar tərəfindən yerlə yeksan edildikdən sonra yenidən inşa edilmişdir və Macar kralı I. Károly (hakimiyyət illəri: 1310-42) bir neçə il bu qalada oturmuşdu.

Osmanlılar bu bölgəni 1552-ci ildə ələ keçirdikdən sonra Timişoara Əyalətini yaratmışdılar və Timişoara şəhərini bu əyalətin mərkəzi elan etmişdilər. Bu əyalət 1716-cı ildə Avstriya hersoqluğunun əlinə keçənə qədər Osmanlı Dövlətinin Avropadakı ən vacib əyalətlərindən biri olaraq qalmışdır. 1718-ci ildə bağlanmış olan Pasarofça Müqaviləsindən sonra şəhər və Temeşvar Banatı olaraq tanınan bölgə Vyanadan idarə edilməyə başlanıldı. Bu dövrdə bölgəyə çoxu Schwaben Almanlarından təşkil olunmuş Macar əsilli olmayan qruplar yerləşdirilmişdi. Şəhər 1848-ci ildə Macainqilabçıları tərəfindən 107 gün müddətində mühasirədə saxlanılmışdır. 1919-cu ildə Serblərin işğal etdiyi Timişoara, Trianon sülh müqaviləsiylə (1920) Rumıniyaya verilmişdir. Rumıniya prezidenti Nicolae Ceauşescunun 1989-cu ilin dekabr ayında hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən hadisələr də Timişoarada başlanılmışdı.

2016-cı ildə, 2021-ci il Avropanın mədəniyyət paytaxtı seçilmişdi.

Mədəniyyət və Təhsil

Bir mədəniyyət mərkəzi olan Timişoarada arasında bir universitetin də (1945) olduğu çoxsaylı ali təhsil müəssisələri, Rumın, Macar və Alman əsilli sənət adamlarından formalaşmış olan qrupların fəaliiyət göstərdiyi bir dövlət teatrı, bir dövlət opera və balet teatrı, bir filarmoniya orkestri və bir kitabxana vardır. Şəhərin mərkəzindən keçən, nəqliyyata yararlı Bega Kanalının sahilləri boyunca parklar vardır. Şəhərdəki vacib tikililər arasında böyük Katolik kafedralı (1736-73), 1791-ci ildə təmir edilən Serb kafedralı (1748) və bu gün bölgə muzeyi olaraq istifadə edilən 14-cü əsrə məxsus olan bir saray göstərilə bilər.

Şəhərdə kifayət qədər Macar etnik azlığı yaşayır.

Rəsimlər

  • Timişoar, küçələrində elektrikli lampadan istifadə edən şəhərlər içərisində Avropada birinci, dünyada New Yorkdan sonra ikincidir.
    Timişoar, küçələrində elektrikli lampadan istifadə edən şəhərlər içərisində Avropada birinci, dünyada New Yorkdan sonra ikincidir.
  • Zəfər Meydanı
    Zəfər Meydanı
  • Lloyd Sarayı
    Lloyd Sarayı
  • Hotel Continental
    Hotel Continental
  • Hunyadi Qalası
    Hunyadi Qalası
  • Timişoar Qərb Universiteti
    Timişoar Qərb Universiteti
  • Timişoar Politeknik Üniversiteti
    Timişoar Politeknik Üniversiteti
  • Timişoar Politeknik Üniversitetinin idman meydanı
    Timişoar Politeknik Üniversitetinin idman meydanı
  • 33 nömrəli avtobus xətti
    33 nömrəli avtobus xətti
  • 17-ci əsrdə Osmanlı Dövləti zamanında Temeşvar Əyalətinin sərhədləri
    17-ci əsrdə Osmanlı Dövləti zamanında Temeşvar Əyalətinin sərhədləri
  1. https://it-ch.topographic-map.com/map-3bf69m/Timi%C8%99oara/?zoom=19&center=45.75102%2C21.22689&popup=45.75121%2C21.22694.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Timişoara haqqında məlumat. Timişoara nədir? Timişoara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    AK-47

  • Fevral 27, 2026

    Ülviyyə Hacıbəyova

  • Fevral 27, 2026

    Arzu Səmədbəyli

  • Fevral 27, 2026

    Raziyə Sultan

  • Fevral 27, 2026

    Yeprem xan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst