Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji

Arzu Səmədbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Arzu Səmədbəyli

Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyyət göstərir.

Arzu Səmədbəyli
Müsavat Partiyası Məclisinin sədri
27 dekabr 2010 – 27 dekabr 2014
ƏvvəlkiSülhəddin Əkbər
SonrakıNüşabə Sadıxlı
Müsavat Partiyası başqanının müavini
2004 – 2010
Başqanİsa Qəmbər
Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı
2005 – 2010
Seçki dairəsi2005 — 8 saylı Binəqədi birinci
Əvvəlkivəzifə təsis edildi
SonrakıOqtay Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1962(1962-05-10) (63 yaş)
Doğum yeri
  • Zərkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Müsavat Partiyası (2004),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995),
  • Azərbaycan Xalq Cəbhəsi (–1995)
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib.

1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir.

1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib.

Ailəsi

Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.

  • Siyasətçi Aqil Səmədbəylinin qardaşıdır.
  • Siyasətçi Hafiz Hacıyevin uzaq qohumudur.

Siyasi fəaliyyəti

Arzu Səmədbəyli 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1998-ci ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) sədrin təşkilat məsələləri üzrə müavini təyin edilmişdir (Əbülfəz Elçibəyin sərəncamı ilə).

2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı. Klassiklər qanadında narazı olan qüvvələr Elçibəy-Rəsulzadə fraksiyası yaratmışdır. Bu fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oqtay Qasımov, Qubad İbadoğlu başda olmaq üzərə ümumi 22 nəfər daxil idi. Fraksiya daha sonra Müsavat Partiyasına birləşmişdir. Arzu Səmədbəyli 2004-cü ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası başqanının müavini (2004–2010), Müsavat Məclisinin sədri (2010–2014), həmçinin Müsavat Partiyası Ali Məclisinin və Divanının üzvü olmuşdur.

2005–2010-cu illərdə millət vəkili olmuş, Milli Məclisdə isə İnsan hüquqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.

Hal-hazırda Müsavat Partiyası Məclisinin üzvüdür. Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arzu Səmədbəyli haqqında məlumat. Arzu Səmədbəyli nədir? Arzu Səmədbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fatalizm

  • Fevral 27, 2026

    Evhemerus

  • Fevral 27, 2026

    Hotakilər

  • Fevral 27, 2026

    Plastik

  • Fevral 27, 2026

    David Rabinoviç

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst