Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Kuins, Nyu-York, ABŞ) — ABŞ siyasətçisi, iş adamı, ABŞ-nin 45-ci (2017–2021) və 47-ci preziden

Donald Trump

  • Ana Səhifə
  • Vikipediya
  • Donald Trump

Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Kuins, Nyu-York, ABŞ) — ABŞ siyasətçisi, iş adamı, ABŞ-nin 45-ci (2017–2021) və 47-ci prezidenti (2025-ci ildən).

Donald Tramp
Donald Trump
Rəsmi portret, 2025
Rəsmi portret, 2025
ABŞ-nin 45-ci və 47-ci prezidenti
Vəzifədədir
20 yanvar 2025-ci ildən
    Vitse-prezidentCeyms Devid Vens
    ƏvvəlkiCo Bayden
    20 yanvar 2017 – 20 yanvar 2021
    Vitse-prezidentMayk Pens
    ƏvvəlkiBarak Obama
    SonrakıCo Bayden
    Şəxsi məlumatlar
    Doğum adı Donald John Trump
    Doğum tarixi 14 iyun 1946(1946-06-14)[…] (79 yaş)
    Doğum yeri
    • , Kuins, Nyu-York, ABŞ
    Partiya
    • ABŞ Respublikaçılar Partiyası (2012)
    Təhsili
    • Fordhem Universiteti[d] (1964–1966),
    • Vorton Biznes Məktəbi (1966–1968),
    • Pensilvaniya Universiteti
    Fəaliyyəti biznes maqnatı, investor, siyasətçi, oyun şousu aparıcısı[d], televiziya prodüseri[d], film prodüseri, yazıçı, aktyor, baş icraçı direktor, tacir, iş adamı, sahibkar
    Atası Fred Tramp
    Anası Meri Enn Maklaud
    Həyat yoldaşı
    • Melanya Tramp (2005)
    Uşaqları
    • Donald Con Tramp[…],
    • İvanka Tramp[…],
    • Tiffani Tramp[d]
    Elmi fəaliyyəti
    Elm sahəsi media şəxsiyyəti[d], siyasət, kommersiya
    Elmi dərəcəsi
    • bakalavr (1968)

    Təltifləri
    "Nil" ordeni — 2025 Order of Mohammed — 2021 "Kral Əbdüləziz" ordeni Grand Order of Mugunghwa — 2025 Prezident medalı "Zeyd" ordeni — 2025 Order of Freedom — 2020 Ellis Island Medal of Honor — 1986
    "Şəfəq" ordeni — 2012
    İmzanın şəkli
    donaldjtrump.com
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlmiş, diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəltmişdir. Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olmuşdur. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin "Trump" adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice"-nin istehsalını və aparıcılığını etmişdir.

    Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak etmişdir. O cümlədən, onun müəssisələri altı dəfə iflas edib. Respublikaçılar Partiyasına mənsub olan Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi demokrat Hillari Klintonu üstələyərək prezident postuna yiyələnib. Onun prezident seçilməsi ölkədə kütləvi etirazlara səbəb olub. Tramp xarici siyasət məsələlərinə qarışmamağı üstün tutur. O, mühafizəkarlığın təbliğinə önəm verir.

    Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-yə gəlişinə müvəqqəti qadağa qoyan miqrasiya sərəncamı imzalamışdır.

    6 noyabr 2024-cü ildə prezident seçkilərində qalib gəldi. Vəzifəsinin icrasına 20 yanvar 2025-ci ildə başlamışdır.

    Mündəricat

    Həyatı

    Ailəsi

    Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı).

    Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25. iyun 1999).

    Anası — Meri Enn Maklaud (10. may 1912, Tonq, chile, Lyuis adası, Şotlandiya — 7. avqust 2000). 1930-cu ildə 18 yaşında Nyu-Yorka bayram şənliklərinə gedir və orada bir inşaatçıya rast gələrək orada qalır. Toyları 1936-cı ildə olub.

    Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar: Frederik Tramp (ilk adlanması Fridrix Trump, 14. mart 1869, Kalşdtadt, Reynland-Pfals — 30. mart 1918) ABŞ-yə 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb; onun həyat yoldaşı — Elizabet Krayst (10.10.1880–6.06.1966). 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər.

    Ana xətti ilə D. Tramp şotlanddır.

    Tarmpın iki qardaşı və iki bacısı var — Fred (kiçik), vəfat edib, Robert, Mariann və Elizabet. Böyük bacısı Marianna Tramp Barri — federal apelyasiya məhkəməsinin hakimi, bacısı oğlu Devid Dezmond ABŞ-də məşhur neyropsixoloq və yazıçısıdır.

    Evlilikləri və övladları

    D. Trump ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 5 olmaqla 3 oğlan 2 qız övladı var. Trump ilk olaraq çexiyalı model Ivana Zelniçkova ilə evlənmişdir.1992-ci ildə boşanmalarına baxmayaraq yaxın əlaqələri uzun müddət davam etmişdir.1997-ci ildə aktrisa Marla Mapleslə evlənmişdir.2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliyiyi sonlandırmışdır. Bu evlilikdən Tiffany adında bir qızları olub.3-cü evliliyini slovyan model Melaniya Trumpla olmuşdur.

    Uşaqlıq və yeniyetmə illəri

    Tramp Kuinsdə Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub və 13 yaşında çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə şəxsi "Nyu-York hərbi akademiyası" məktəb-internatına göndəriblər. Orada Tramp məktəbin mükafatlarını alır, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962–1964-cü illərdə beysbol komandalarında oynayır (1964-cü ildə komandanın kapitanı olur). Məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli "Məşqçi" mükafatı ilə mükafatlandırır.

    1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdə Barışıq Günündə Beşinci Avenyda kursantların sıra yürüşünü təşkil etdilər.

    Özünün "Sövdələşmə məharəti" kitabında Tramp özünün tələbə karyerası haqqında yazır:

    " 1964-cü ildə Nyu-York hərbi akademiyasını bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm … amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Fordem Universitetində oxumağa başladım... amma iki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün, elə oxumamağıma bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərziə verdim və qəbul olundum … Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım. "

    O 1968-ci ildə Uorton Biznes Məktəbini iqtisadiyyat ixtisasını maliyyə işləri üzrə ixtisaslaşan bakalavar dərəcəsi ilə bitirdi. Bu zaman onun atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi.

    Şəxsi həyatı

    Donald Trump lüks malikanələrdə yaşamağı sevir. Onun indiyə kimi aldığı ən bahalı evin qiyməti 20 milyon dollara yaxındır. Bundan başqa onun bir neçə lüks malikanələri və avtomobilləri var.

    Karyerası

    İlk dövr fəaliyyəti (1968–1989)

    ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziri Paolo Gentiloni, 20 aprel 2017-ci il

    Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır. O hələ kollecdə təhsil alarkən Ohayo ştatında, Sinsinati şəhərində 1.200 mənzillik binanın modernləşməsindən başlayır : o prosesə başlayanda mənzillərin 66 faizi icarədə idi, Donald isə onu 100 faizə çatdıraraq binanı sata bilir. Bunun sayəsində Trump Organization şirkəti binanı "Svift-Villic" şirkətinə 12 milyon dollara satır və 6 milyon dollar təmiz gəlir götürür.

    1971-ci ildə Tramp Manhettenə gəlir. O burada böyük imkanlar gördü. Manhettehdə memar layihələndiriliməsinə görə böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirmək mükün idi. İlk növbədə Vest-Saydıb mərkəzi hissəsində köhnə Pensilvaniya sahələrində inşaat icazəsi alır. Sonradan iflas olan Kommodor hotelini modernləşdirməklə onu yeni "Qrand- Hayatt" hotelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail olur.

    Tramp öz torpağında tikilən Ceykoba Cevitsa konfrans mərkəzinin baş çatmasında iştirak edir. Bu məsələdə trampla Nyu-York administrasiyası üz-üzə gəir : Tramp bu layihəni 110 milyon dollara qiymətləndirir, administrasiya isə onu 750 milyondan 1 milyard dollara qədər qiymətləndirir. Bu məslədə Donaldın təklifi qəbul edilmir.

    Donald Tramp prezident Ronald Reyqanla Ağ Evdə rəsmi qəbul zamanı, 1987.

    Eyni vəziyyət şəhər administrasiyasının Nyu-York mərkəzi parkında Uolmen-Rink katokunun yenidən qurulumasında da baş verdi. Layihənin icrasına 1980-ci ildə başlandı və iki il yarıma nəzərdə tutulmuşdu. Ancaq işə 12 milyon dollar sərf edilsə də hətta 1986-cı ilə də iş başa çatmadı. Tramp obyekti pulsuz qəbul edərək onu öz hesabına başa çatdırmağı təklif etdi. Ona imtina etdilər və bu barədə yerli mətbuat yazmağa başladılar. Sonda Tramp bu razılığı aldı və nəzərdə tutulan 3 milyon dollardan 750 min dollarını qənaət etdi və altı aya işi başa çatdırdı.

    Prezidentliyi (2017–2021)

    Тramp seçicilərlə görüşdə (16. iyun 2016)

    Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi — demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildə isə andiçmə mərasimi keçirilib və səlahiyyətlərinin icrasına başlayıb. O, 2020 ABŞ prezident seçkilərində 2-ci dönəm üçün təkrar namizəd olur və nəticədə rəqibi Co Baydenə məğlub olaraq, uyğun olaraq 2021-ci ilin 20 yanvarında səlahiyyət müddəti bitir və postu ona devr edir.

    Prezidentlikdən sonrası (2021–h.h)

    2024 ABŞ prezident seçkilərində iştirakı

    Tramp 2024 ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının mümkün prezident namizədidir. Eyni zamanda o, maliyyə saxtakarlığında ittiham olunduğu 34 epizodun hamısında təqsirli bilinib.

    Sui-qəsd cəhdi

    Tramp 14 iyul 2024-cü ildə Pensilvaniya ştatının Balter yaxınlığında siyasi mitinq keçirən vaxt uğursuz sui-qəsd cəhdi nəticəsində qulağından güllə yarası alıb. ABŞ Gizli Xidməti onu hadisə yerindən uzaqlaşdırarkən Tramp yumruğunu havaya qaldırıb. Ona yerli tibb müəssisəsində tibbi yardım göstərilib, ciddi xəsarətinin olmadığı açıqlanıb. Güllələr üç izləyiciyə də tuş gəlib, onlardan biri ölüb. Sui-qəsdçi hadisə yerində Gizli Xidmətin snayperi tərəfindən zərərsizləşdirilib. Səlahiyyətlilər hadisənin sui-qəsd cəhdi kimi araşdırılacağını açıqlamış və FBI sui-qəsdçinin Pensilvanyanın Bathl Park qəsəbəsindən 20 yaşlı Tomas Metyu Kruks olduğunu müəyyən etmişdir.

    Filmoqrafiya

    Həmçinin bax

    • Donald Trampın prezidentliyi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Donald Trump haqqında məlumat. Donald Trump nədir? Donald Trump nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sahə (Fizika)

    • Fevral 27, 2026

      Rövşən Nəcəf

    • Fevral 27, 2026

      Lobopodlar

    • Fevral 27, 2026

      Tümən (qoşun)

    • Fevral 27, 2026

      Maddələr

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst