Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əməl

Maddələr

  • Ana Səhifə
  • Vikipediya
  • Maddələr

Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb.

Su — geniş yayılmış kimyəvi maddə

Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.

Mündəricat

Maddələrin xassəsi

Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər. Müxtəlif maddələri fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassəsi deyilir.

Maddələr iki cəhətdən xarakterizə olunur — fiziki və kimyəvi. Maddənin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, istiliyi və elektriki keçirmə qabiliyyəti, ərimə və qaynama temperaturu və s. onun fiziki xassələrini, maddənin çevrilməsi, yaxud başqa maddələrlə reaksiyaya daxil olması isə kimyəvi xassələrini müəyyən edir.

Maddənin özəllikləri

Maddələr bir çox özəlliklərinə görə bölüşdürülür.

Məsələn:

1. Aqreqat halına görə - Maddələrin 4 aqreqat halı var: qatı(bərk), suyuq(maye), buğ(qaz), plazma.

a) Qatı maddələri oluşduran molekullar çox sıx yerləşdiyi üçün qatı halda olan maddələrin biçimləri də, tutumları da dəyişməzdir. Qızıl, gümüş, dəmir, alüminium, nikel, almaz, qalay, mis və s qatı maddələrdir.

b) Suyuqları əmələ gətirən molekullar isə dağınıq yerləşirlər. Ona görə də suyuqlar yerləşdikləri yerin formasını alırlar. Ancaq onların tutumu dəyişməzdir. Su, brom, aseton, civə, sirkə, spirt və s. suyuqlara örnəkdir.

c) Buğları əmələ gətirən molekulların arasındakı aralıqlar özlərindən qat-qat böyükdür. Onlar düzənsiz tərpənirlər. Hidrogen, oksigen, helium,azot, ozon, karbon və s. buğ halında olan maddələrdir.

2. Arı (saf) maddələr və qarışıqlar - Maddələr içindəkilərə görə 2 yerə bölünürlər:

  • a) Arı(saf) maddələr - dəyişməz fiziki xüsusiyyətləri olan maddələrə arı maddələr deyilir. Qızıl, gümüş, mis, qrafit, soda, almaz, xörək duzu, azot, karbon, oksigen və s arı(saf) maddələrdir.
  • b) Qarışıqlar - 2 və daha artıq arı maddənin birləşməsindən yaranan sistemlərə qarışıqlar deyilir.

Su, neft, spirt, qum, hava, mərmər, təbaşir, tunc, bürünc və s. qarışıqlardır.

3. Bəsit və mürəkkəb maddələr.

  • a) Bəsit maddə - eyni element atomlarından ibarət olan maddələrə deyilir. Azot, oksigen, hidrogen, karbon, fosfor, almaz, qalay, kükürd, qızıl, nikel, qrafit, gümüş, civə və s. bəsit maddələrdir. Hər hansı bir kimyəvi elementin bir və ya bir neçə bəsit maddə əmələ gətirməsi allotropiya, əmələ gələn maddələr isə allotropik şəkildəyişmələr adlanır. Ona görə də, bəsit maddələrin sayı kimyəvi elementlərin sayından çoxdur.
  • b) Mürəkkəb maddə - bir neçə element atomlarından ibarətdir. Su, xörək duzu, aseton, spirt, şəkər, yağ və s. bunlara aiddir. Bütün üzvi maddələr mürəkkəb maddələrdir.

Mürəkkəb maddələrə başqa sözlə kimyəvi birləşmələr də deyilir.

Maddənin təsnifatı

Maddənin aqreqat halları

Maddənin 4 aqreqat halı var: qatı (bərk), suyuq (maye), buğ (qaz) və plazma. Bütün maddələrdə molekullar var. Molekullar atomların birləşməsindən yaranıblar. Atom və molekullar daim hərəkət edirlər və molekullar arasında itələmə, cəzbetmə qüvvələrinin qarşılıqlı təsirləri mövcuddur.

  • Qatı - Qatı maddələri əmələ gətirən molekullar nizamlı quruluşa malikdir. Onlar bir-birlərindən uzaqlaşa bilmirlər. Ona görə də qatı cisimlər forma və tutumlarını saxlaya bilirlər. Çünki onlarda diffuziya həddən artıq yavaş gedir. Qatı maddələrin sıxma dərəcəsi 90°-dir. Qızıl, gümüş, qrafit, mis, sink, almaz, qalay, nikel və s. qatı maddələrdir.
  • Suyuq - Suyuqların xüsusi bir quruluşu yoxdur. Onlar yerləşdiyi mühitin formasını alırlar. Bunun bir səbəbi var: suyuqların molekulları yerlərini sərbəst dəyişirlər. Ona görə də, suyuqlarda biçim dəyişkən, tutum isə dəyişməzdir. Su, kerosin, spirt, civə, sirkə və s. Suyuqun sıxma dərəcəsi 70–80°-dir. Suyuqlarda diffuziya asanlıqla gedir.
  • Buğ - Buğları əmələ gətirən molekullar nizamsız hərəkət edirlər. Buğlar yerləşdiyi ortamda tutumlarını saxlaya bilmirlər. Ümumiyyətlə bu maddələrdə nə quruluş, nə də tutum dəyişməz deyil. Hidrogen, oksigen, karbon, azot və s. bu halda olan maddələrə aiddir.
  • Plazma - Plazma ionlaşmış maddədir. Günəş, alov və ulduzlar plazmadır. Maddənin ən az yayılan halıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maddələr haqqında məlumat. Maddələr nədir? Maddələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Kabo-Verde himni

  • Fevral 27, 2026

    Ontogenez

  • Fevral 27, 2026

    Dramatik struktur

  • Fevral 27, 2026

    Trotski

  • Fevral 27, 2026

    İosafat Barbaro

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst