Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karpet Balyan (erm. Կարապետ Բալյան; 1800, İstanbul – 15 noyabr 1866, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.

Karpet Balyan

  • Ana Səhifə
  • Vikipediya
  • Karpet Balyan

Karpet Balyan (erm. Կարապետ Բալյան; 1800, İstanbul – 15 noyabr 1866, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.

Karpet Balyan
q.erm. Կարապետ Պալեան
Şəxsi məlumatlar
Doğum tarixi 1800(1800)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 15 noyabr 1866(1866-11-15) (65–66 yaşında)
Vəfat yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Fəaliyyəti memar
Atası Qriqori Balyan
Uşaqları
  • Nikoqos Balyan,
  • Sarkis Balyan,
  • Aqop Balyan
Ailəsi Balyan ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Saray memarlarından Qriqori Balyanın oğlu olub, 1800-cü ildə İstanbulda dünyaya gəldi. Gənclik illəriylə bağlı yetərli məlumat yoxdur. Atasının vəfatının ardından 1831-ci ildə bacısının əri Ohannes Sərvəryanla birlikdə saray memarlığına təyin olundu. Bu vəzifədə ikən bir çox səərlərin inşasında iştirak etdi. Bu fəaliyyətiylə yanaşı Erməni Həvari kilsəsinə də xidmətləri olmuşdur. Kilsə tabeliyindəki bir neçə erməni məktəbi məhz onun maddi dəstəyilə açılmışdır. Sultan Mahmudun vəfatının ardından da vəzifəsini davam etdirən Karpet Balyan onun övladları - Sultan Əbdülməcid və Sultan Əbdüləzizinin səltənətlərində də xidmət etmişdir. 15 noyabr 1866-cı ildə İstanbulda vəfat etdi.

Əsərlərinin bir çoxunda erməni memarlığının ünsürlərindən istifadə edən Karpet Balyan bu məqsəslə qədim erməni yurdu hesab edilən Ani şəhərindəki qədim xarabalıqlara dəfələrlə səyahət etmişdir. İlk evliliyi Nazənin Babayan, ikinci evliliyi isə Meriç adlı xanımla baş tutdu və bu nigahlardan 11 övladı (6 oğlu və 5 qızı) doğuldu.

Əsərləri

30 illik fəaliyyəti boyunca 7 saray, 4 fabrik, 1 kazarma, 1 məscid, 2 xəstəxana, 3 məktəb, 2 su bəndi, 2 türbə və 7 kilsə inşa etdirmişdir. Onlardan bəziləri bunlardır:

  • Dolmabağça sarayı
  • Salıpazarı sahilsarayı
  • Köhnə Çırağan sarayı
  • Ortaköy məscidi
  • Əyyubsultanda Çiftəsaraylar
  • Panqaaltında Hərbi məktəb
  • Köhnə Ulduz sarayı
  • Yeşilköy köşkü
  • Sultan Mahmud türbəsi
  • Sultan Əbdülməcid türbəsi
  • Bağçaköydə Validə su bəndi
  • Bakırköydə toxuma fabriki
  • Zeyrinburnunda dəmir fabriki
  • İzmitdə çuxa fabriki
  • Hərəkədə bir fabrik
  • İzmitdə Hünkar köşkü
  • Bandırmadakı erməni kəndində Surp Sarkis Kilsəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karpet Balyan haqqında məlumat. Karpet Balyan nədir? Karpet Balyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Altay Yusifoğlu

  • Fevral 24, 2026

    Sosiologiya

  • Fevral 27, 2026

    Maqdalena Oqurek

  • Fevral 27, 2026

    Baham adaları

  • Fevral 25, 2026

    Karl Qauss

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst