Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sarkis Balyan (erm. Սարգիս Բալյան; 17 fevral 1835, İstanbul – 7 noyabr 1899, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı

Sarkis Balyan

  • Ana Səhifə
  • Vikipediya
  • Sarkis Balyan

Sarkis Balyan (erm. Սարգիս Բալյան; 17 fevral 1835, İstanbul – 7 noyabr 1899, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.

Sarkis Balyan
q.erm. Սարգիս Պալեան
Şəxsi məlumatlar
Doğum tarixi 17 fevral 1835(1835-02-17)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 7 noyabr 1899(1899-11-07) (64 yaşında)
Vəfat yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Fəaliyyəti memar, heykəltaraş
Atası Karpet Balyan
Ailəsi Balyan ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Saray memarlarından Karpet Balyanın oğlu olub, 17 fevral 1835-ci ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1843-cü ildə qardaşı Nikoqosla birlikdə Parisə göndərildi və burada memarlıq təhsili aldı. Qardaşının səhhəti səbəbilə 1845-ci ildə onunla birlikdə İstanbula qayıtdı. 2 il sonra isə təkbaşına yenidən Parisə göndərildi və burada mühəndislik təhsili almağa davam etdi. 1855-ci ildə təhsilini tamamlayıb İstanbula qayıtdı.

Döndükdən sonra qardaşı Nikoqosla birlikdə atasının yanında çalışdı və burada təcrübə qazandı. 1858-ci ildə böyük qardaşı Nikoqosun, 1866-cı ildə isə atasının vəfatının ardından kiçik qardaşı Aqopla birlikdə saray memarlığına təyin edildi. Ancaq qardaşının 1875-ci ildə vəfatı və ertəsi il Sultan Əbdülhəmidin taxta çıxmasıyla gözdən düşdü və bilinməyən səbəblə ölkədən sürgün olundu. 15 il boyunca sürgündə yaşayan Sarkis bəy 1891-ci ildə bağışlandı və İstanbula qayıtdı. Döndükdən sonra isə inşaat sahəsində fəaliyyət göstərmədi və evində sakit bir həyat yaşadı. 7 noyabr 1899-cu ildə yaşadığı evdə vəfat etdi.

Erməni Həvari kilsəsində aktiv fəaliyyət göstərməsə də, xeyriyyə işləriylə məşğul olmuş, erməni cəmiyyətinin borcları üçün 1500 qızıl ianə etmişdir Vandakı erməni Marmet kəndində bir məktəb, xanımının xatirəsi üçün Beiktaşda Makruhyan adlı bir məktəb inşa etmişdir.

Arakel Dadyanın qızı Makruhi Dadyanla evlənsə də, 3 il davam edən evliliyin ardından xanımı övladı olmadan vəfat etdi.

Əsərləri

  • Bəylərbəyi sarayı
  • Beşiktaş Makruhyan Erməni məktəbi
  • Çırağan sarayı
  • Kağıthane sarayı
  • Pərtəvniyal Validə Sultan məscidi
  • Zeytinburnunda barut fabriki
  • Hərbi Nazirlik binası
  • Tibb məktəbi binası
  • Maçkada silahxana
  • Gümüşsuyu kazarması
  • Malta köşkü
  • Həkimbaşı ov köşkü
  • Baltalimanı yalısı
  • Adilə Sultan sarayı
  • Ulduz sarayında Böyük Mabeyn köşkü
  • Çadır köşkü
  • Şalə qəsri
  • Çir qəsri
  • Çağlayan qəsri
  • Ayazağa köşkü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarkis Balyan haqqında məlumat. Sarkis Balyan nədir? Sarkis Balyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meyci

  • Fevral 25, 2026

    Yüzillik müharibə

  • Fevral 27, 2026

    Dirhəm

  • Fevral 27, 2026

    Kağıthanə

  • Fevral 23, 2026

    Alqoritm

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst