Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü.
| Qonur palazqulaq | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Dəstə: Yarımdəstə: Yangochiroptera Fəsiləüstü: Vespertilionoidea Fəsilə: Yarımfəsilə: Vespertilioninae Triba: Plecotini Cins: Növ: Qonur palazqulaq | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Xarici görünüşü
Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır.
Yayılması
Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur.
Həyat tərzi
Adi növ olmasına baxmayaraq, sayca çox deyildir. Ağac koğuşlarında, çardaqlarda, yaşayış binalarındakı yarıq və boşluqlarda, ağac kötüklərinin içərisində özlərinə sığınacaq tapırlar. Çoxalma dövründə dişilərdən ibarət fərdlərin miqdarı nadir hallarda 20–30-a çatır. Erkəklər isə adətən bu zaman tək yaşayır, yayın axırlarında isə dişilərə qoşulurlar. İyunda dişi bir bala doğur, bir aydan sonra isə balaları yaşlı fərdlərdən fərqləndirmək çətin olur.
Axşam uçuşları tam qaranlıq düşəndən sonra başlayıb, sübhçağına qədər davam edir. Ağacların arasında qida axtarmağı üstün tuturlar. Oturaqdırlar, yayda yaşadıqları yerlərin yaxınlığındakı mağaralarda, evlərin qızdırılan hissələrində, yoğun ağacların koğuşlarında və s. yerlərdə qışlayırlar. Qış yuxusu zamanı heyvanlar qulaqlarını bellərinə doğru əyir ki, bu zaman onların qulaqlarının dəri çıxıntıları dik qalır. Oktyabr-noyabrda qış yuxusuna gedir, mart-apreldə isə oyanırlar.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qonur palazqulaq haqqında məlumat. Qonur palazqulaq nədir? Qonur palazqulaq nə deməkdir?
