11 fevral — Qriqorian təqvimində ilin 42-ci günü. Bu tarixdə ilin sonuna 323 gün (uzun ildə 324 gün) qalır.
| Fevral | |||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||
| 2026-cı il | |||||||||||||||||||||||||||||||||||||||||||
XX və XXI əsrdə Yuli təqvimi ilə 29 yanvar tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
- 660 — İmperator Cimmu tərəfindən Yaponiyanın əsasının qoyulması üçün ənənəvi tarix.
- 1534 — İngiltərə kralı VIII Henri Anqlikan kilsəsinin ali rəhbəri kimi tanınıb.
1601–1900

- 1794 — ABŞ Senatının ilk sessiyası cəmiyyətə açılıb.
- 1826 — London Universitet Kolleci London Universiteti kimi təsis edilib.
- 1861 — ABŞ-də vətəndaş müharibəsi: ABŞ Nümayəndələr Palatası yekdilliklə heç bir ştatda köləliyə qarışmamağa zəmanət verən qətnamə qəbul edib.
- 1873 — İspaniya Kralı I Amadeus taxtdan imtina edir və Birinci İspaniya Respublikası yaranır.
- 1889 — Yaponiyada Meyci Konstitusiyası qəbul edilmişdir.
1901–cari
- 1928 — II Qış Olimpiya Oyunları Sankt-Moritsdə keçirilib.
- 1938 — BBC Televiziyası dünyanın ilk elmi fantastika televiziya proqramı olan Karel Çapekin "R. U. R." pyesinin adaptasiyasını hazırlayıb. Proqram "robot" sözünü ingilis dilinə gətirir.
- 1953 — İsrail–SSRİ münasibətləri kəsilmişdir.
- 1979 — İran İslam İnqilabı nəticəsində Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi altında İslam teokratiyasını yaradıb.
- 1990 — Nelson Mandela 27 il siyasi məhbus olaraq qaldıqdan sonra Cənubi Afrikanın Keyptaun yaxınlığındakı Viktor Verster həbsxanasından azad edilib.
- 2011 — Ərəb baharı: Misir inqilabının birinci dalğası Hüsnü Mübarəkin istefası və 17 günlük etirazlardan sonra hakimiyyətin Ali Hərbi Şuraya verilməsi ilə yekunlaşıb.
Azərbaycana aid hadisələr
- 1992
- Azərbaycan və İspaniya arasında diplomatik əlaqələr qurulmuşdur.
- Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır.
- 2009 — Azərbaycan general-leytenantı Rail Rzayev Bakıda işə gələrkən yaşadığı evinin qarşısında xidməti maşınına mindiyi zaman başından güllələnib. O Azərbaycan Müdafiə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Doğumlar
1600-cü ildən əvvəl
1601–1900
- 1873 — Dmitri Arakişvili, Gürcüstan bəstəkarı
- 1895 — Aleksandra Caparidze, Gürcüstan alpinisti
1901–cari

- 1902 — Lyubov Orlova, Sovet aktrisası
- 1915 — Riçard Hemminq, ABŞ riyaziyyatçısı
- 1917 — Sidni Şeldon, ABŞ yazıçısı
- 1920 — I Faruq, Misir və Sudan kralı
- 1926 — Lesli Nilsen, ABŞ və Kanada aktyoru
- 1929 — Tofiq Köçərli, Azərbaycan tarixçisi
- 1950 — Cahangir Qarayev, Azərbaycan pianoçusu
- 1956 — Didye Lokvud, Fransa caz skripkaçısı
- 1969
- Cennifer Eniston, ABŞ aktrisası
- Takeşi Obata, Yaponiya manqakası
- 1971 — Nadir Qafarzadə, Azərbaycan müğənnisi
- 1977 — Mayk Şinoda, ABŞ müğənnisi
- 1981 — Aritz Aduriz, İspaniya futbolçusu
- 1986 — Qabriel Boriç, Çili prezidenti
- 1987 — Ramid Hacıyev, Azərbaycan mayoru
- 1997 — Park Chaeyoung,Yeni Zelandiyalı müğənni
- 1998 — Xalid, ABŞ müğənnisi
- 1999 — Andrey Lunin, Ukrayna futbolçusu
- 2002 — Elnur Mustafayev, Azərbaycan əsgəri
Ölümlər
1600-cü ildən əvvəl
- 641 — I İrakli, Bizans imperatoru
1601–1900
- 1626 — Antonio Kataldi, İtaliya riyaziyyatçısı
- 1650 — Rene Dekart, Fransa filosofu
- 1740 — II Təhmasib, Səfəvi hökmdarı
- 1829 — Aleksandr Qriboyedov, Rusiya yazıçısı və diplomatı
1901–cari
- 1948 — Sergey Eyzenşteyn, Rusiya kinorejissoru
- 1949 — Aksel Munte, İsveç həkimi
- 1963 — Silviya Plat, ABŞ şairi
- 1980 — Əliağa Kürçaylı, Azərbaycan şairi
- 1981 — Möhsün Sənani, Azərbaycan aktyoru
- 1989 — Leon Festinger, ABŞ psixoloqu
- 2009 — Rail Rzayev, Azərbaycan general-leytenantı
- 2012
- Elza İbrahimova, Azərbaycan bəstəkarı
- Vitni Hyuston, ABŞ müğənnisi
- 2017 — Kurt Marti, İsveçrə teoloqu və şairi
Bayramlar və xüsusi günlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 11 fevral haqqında məlumat. 11 fevral nədir? 11 fevral nə deməkdir?