Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasın

Georq Kantor

  • Ana Səhifə
  • Vikipediya
  • Georq Kantor

Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir.

Georq Kantor
alm. Georg Cantor‎
Qeorq Kantor
Qeorq Kantor
Doğum adı Georg Ferdinand Ludwig Philipp Cantor
Doğum tarixi 3 mart 1845
Doğum yeri Sankt-Peterburq, Rusiya
Vəfat tarixi 6 yanvar 1918 (72 yaşında)
Vəfat yeri Halle, Almaniya
Vəfat səbəbi ürək tutması
Elm sahələri çoxluqlar nəzəriyyəsi, riyaziyyat, riyazi məntiq, kardinal ədəd, sıra sayı, Riyaziyyat fəlsəfəsi, məntiq
Təhsili
  • Darmştadt Texniki Universiteti (1860–1862),
  • İsveçrə Federal Texnologiya İnstitutu (1862–1863)
Elmi rəhbərləri Ernst Kummer, Karl Veyerştrass
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • Göttingen Elmlər Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Georq Kantor birja makleri Georq Voldemar Kantor və Mariya Kantorun ailəsində dünyaya gəlmişdir. Onun atası Kopenhagendə anadan olmuş, gənc vaxtlarında Sankt-Peterburqa köçərək orada lütherlik missiyasiyasına qoşulmuşlar. Oğlununn sonrakı deyimlərinə görə onun atası separd ailəsinə mənsub olmuşdur. Anası Sankt-Peterburqda avstriya mənşəli musiqiçi ailəsində anadan olmuşdur.

Kantor ailəsində uşaqlar sərt dini mühitdə tərbiyə almışlar. Ona görə də Georq Kantor ömrünün çox hissəsini dərin dini təsəvvürə malik bir insan olaraq qalmışdır. O 11 yaşında olarkən ailəsi atasının səhhətinin pisləşməsi ucbatından Visbadendə yerləşən kurort şəhərinə köçür. Bir az sonra onlar Frankfurt na Mayn şəhərinə köçürlər.

Məktəbi bitirdikdən sonra 1860-cı ildə o Sürixdəki politexnik məktəbinə daxil olur. Sonra isə Qöttingendə təhsilini davam etdirir. 1867-ci ildə doktoranturanı bitirərək Berlində elmi dərəcə alır. Bundan sonra Kantor 1869-cu ildən başlayaraq ömrünün sonunadək Halle şəhərində çalışır. Öncə dosent kimi çalışan Kantor, 1913-cü ildə professor vəzifəsi alır.

Halledə yaşadığı dövrdə bir çox xəstəliklərlə mübarizə aparmalı olan Georq Kantor 6 yanvar 1918-ci ildə orada sanatoriyada vəfat edir.

Elmi işləri

Kantor 1874-1897-ci ildə çoxluqlar nəzəriyyəsini yaradır. Onun bu nəzəriyyə üçün verdiyi tərif belədir: "Çoxluq deyəndə bizim düşüncəmizlə qəbul olunan, bir-biri ilə fərqləndirilə bilən m obyektlərinin toplusu M başa düşülür".

Kantor sonsuz çoxluqların elementlərinin birmənalı münasibətinin müşahidəsi zamanı çoxluqlar nəzəriyyəsi ideyasına gəlir. O bu münasibətdə olan çoxluqları "ekvivalent" və ya "eyni güclü" adlandırır. Ona görə təbii ədədlər həqiqi ədədlər ekvivalentdir. Bunu Kantorun diaqonallaşdırma üsulu da təsdiq etmişdir. Özünün ikinci diaqonal arqumenti ilə o sübut etmişdir ki, həqiqi ədədlərin çoxluğu təbii ədədlərdən güclüdür. Onun işləri o dövrün riyaziyyatçıları arasında mübahisə doğurmuşdur.

Kantorun özü naiv çoxluqlar nəzəriyyəsinin antinomların kəşfçisi sayılır. O kanton antinomlarının köməyi ilə sübut etmişdir ki, müəyyən sinifə daxil olan elementlər çoxluq yaratmırlar.

Kantor cütləşmə funksiyası da onun adını daşıyır.

Həmçinin bax

  • Səkkiz vəzir problemi
  • Çoxluqlar nəzəriyyəsi

Ədəbiyyat

  • Walter Purkert/Hans Joachim Ilgauds: Georg Cantor 1845–1918. Basel/Boston/Stuttgart: Birkhäuser, 1987. (= Vita mathematica; 1.) (Biographie; auch für Nichtmathematiker)
  • David Foster Wallace: Georg Cantor. Der Jahrhundertmathematiker und die Entdeckung des Unendlichen. München: Piper, 2007, ISBN 3-492-04826-9
  • Johanna J. Danis, Transfinite Zahlen. In: dies., Zahlenwende, München 2000, ISBN 3-925350-75-6

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Georq Kantor haqqında məlumat. Georq Kantor nədir? Georq Kantor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Musiqiçi

  • Fevral 27, 2026

    Stepanavan rayonu

  • Fevral 27, 2026

    WWW

  • Fevral 28, 2026

    Tako

  • Fevral 27, 2026

    Azərbaycan animasiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst