Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur.

Bayterek (abidə)

  • Ana Səhifə
  • Vikipediya
  • Bayterek (abidə)
Bayterek
qaz. Бәйтерек
ÖlkəQazaxıstan Qazaxıstan
ŞəhərAstana
MemarıAğmurza Rüstəmbəyov
BanisiNursultan Nazarbayev
Tikilmə tarixi30.08.2002
İnşası25.10.1996—30.08.2002 illər

Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur.

Mündəricat

Quruluşu

Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır..

Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir.

Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib.

Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. Şarın diametri 22 metrdir. Bu dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır.

Abidənin dörd yarım metr yeraltında kafelər, akvariumlar və "Bayterek" mini qalereyasının yerləşir. Oradan da liftlə ən üst səviyyəyə çıxmaq olar. Ən üst səviyyədə içərisində bar və panoram olan şar yerləşir.

Ziyarətçilər üçün gəzinti turları qazax, rus və digər dillərdə aparılır.

2016-cı ildə ümumi dəyəri 400 milyon təngə olan tikilinin təmir edilməsinə ehtiyac olduğuna dair bir qərar qəbul edildi.

Simvolik mənası

Abidə 1997-ci ildə paytaxtın Almatıdan Akmolaya köçürülməsinin bir simvolu olaraq inşa edilmişdir. "Bayterek"in qazax xalqının həyatında yeni bir mərhələnin simvolu kimi əhəmiyyətini, prezidentin sağ əlinin izi ilə "Ayalı alakan" (qaz. Аялы алақан - "qayğıkeş əllər") bədii kompozisiyası, 97 metr hündürlükdə yerləşmişdir ki, bu da 1997-ci il - Astananın dövlətin yeni paytaxtı elan olunduğu il və buna görə ölkə tarixində yeni bir başlanğıc nöqtəsidir.

97 metr yüksəklikdə şəhərin panoramasını seyr etmək üçün rəsədxana yerləşir. Buradan paytaxtı əlinizin içi kimi görə bilərsiniz. Ora qalxmaq üçün liftdən istifadə olunur. Burda bütün dinlərin birliyini simvolizə edən, dünyanın 17 dininin nümayəndələrinin imzaları olan taxta bir kürə var..

Abidənin maraqlı fəlsəfəsi var. "Bayterek" sözünün mənası hündür qovaq ağacı deməkdir. Belə ki, "Bayterek" yeri və kompozisiya quruluşu ilə Dünya çayının dünyalar qovşağında axan əfsanələrinə görə qədim köçərilərin kosmogonik fikirlərini ifadə edir. Sahilində yer üzünü kökləri ilə tutan və tacı ilə göyə sayrışan Bayterek (qaz. Бәйтерек - "qovaq", eyni zamanda "dayaq, qoruyucu") ağacıdır. Bu ağacın kökləri sırasıyla yeraltı dünyadadır, ağacın özü, gövdəsi dünyadadır və tac göydədir.

Hər il ağacın tacında müqəddəs quş Simruq (qaz. Самрук) yumurta qoyur. Əjdaha (qaz. Айдахар) tərəfindən udulan Günəş, həyat ağacının ətəyində yaşayır, bu simvolik olaraq yay və qışın, günün və gecənin dəyişməsi yəni Xeyir və Şər arasındakı mübarizə deməkdir.

"Bayterek" gənc, möhkəm, böyüyən bir ağac deməkdir, tarixi köklərini qoruyub saxlayan, möhkəm dayağı və gələcək rifahı arzusunda olan bir dövləti simvolizə edir.

Şəhərin mərkəzindəki Bayterek abidəsinin ətrafındakı böyük park sahələrindən müxtəlif tədbir və hadisələr üçün mütəmadi istifadə olunur. 2010-cu ildə, bələdiyyə rəhbərliyinin dəvəti ilə Berlindən gələn United Buddy Bearsin (ayıların ittifaqı) beynəlxalq sərgisi təşkil edildi. Bunun sayəsində dünyanın hər yerindən ustalar tərəfindən yaradılan 125 misilsiz sənət əsəri bir-biri ilə dinc bir qonşuluqda nümayiş olundu.

Surətləri

  • 27 May 2010-cu ildə Şərqi Qazaxıstan vilayətinin Öskemen şəhərində abidənin kiçik surəti quraşdırılmışdır. Onun hündürlüyü 28,5 metr, çəkisi 22 tondur..
  • Ekibastuzda, şəhərin 50 illiyi parkında abidənin kiçildilmiş surəti quraşdırılmışdır.
  • Şimali Qazaxıstan vilayətində, Astana parkındakı Novoişimskoye kəndində abidənin kiçilmiş surəti quraşdırılmışdır.
  • Birinci Prezidentin bayramı münasibətilə Qazaxıstanının, sərvətinin və əzəmətinin qürurunu ifadə edən gələcək müstəqillik "Bayterek"in simvolu olaraq abidənin kiçilmiş surəti quraşdırılmışdır. Hündürlüyü 3 metrdir.
  • Karaqanda vilayətinin Karkaralinsk şəhərində abidənin mini surəti quraşdırılmışdır.
  • 2018-ci ildə, Qostanay vilayətinin Lisakovsk şəhərində, abidənin mini surəti quraşdırılmışdır. Surətin hündürlüyü 15 metrdir.
  • Karaqanda vilayətində şəhər tipli qəsəbə olan Şaxanda Mədəniyyət Evinin meydanında Bayterek abidəsinin bir surəti quraşdırılmışdır.

Şəkillər

  • Astananın 10 illiyi münasibətilə buraxılmış xatirə 50 tenge üzərində abidənin təsviri
    Astananın 10 illiyi münasibətilə buraxılmış xatirə 50 tenge üzərində abidənin təsviri
  • 10000 tenge əskinas üzərində Bayterek
    10000 tenge əskinas üzərində Bayterek

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayterek (abidə) haqqında məlumat. Bayterek (abidə) nədir? Bayterek (abidə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yetkinlik yaşı

  • Fevral 27, 2026

    Avstraliya ingiliscəsi

  • Fevral 25, 2026

    Şəddadilər dövləti

  • Fevral 27, 2026

    Türkiye (qəzet)

  • Fevral 27, 2026

    Frank imperiyası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst