Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik o

Bronxial astma

  • Ana Səhifə
  • Vikipediya
  • Bronxial astma

Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər.

Bronxial astma
Astmanın müalicəsi zamanı istifadə olunan həblər:Seretid və Ventolin
Astmanın müalicəsi zamanı istifadə olunan həblər:Seretid və Ventolin
XBT-10 J45.
XBT-10-KM J45.90, J45, J45.909
XBT-9 493
XBT-9-KM 493, 493.9
OMIM 600807
DiseasesDB 1006
MedlinePlus 000141
eMedicine med/177 emerg/43
MeSH D001249
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır.

Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur.

Mündəricat

Simptomlar və gedişat

Astma zamanı nəfəs borusunun vəziyyəti
Astma hücum

Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır.

Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər.

Astmanın ən xarakterik simptomları:

  • öskürək – tez-tez, əziyyətli və daimi xarakterli. Öskürək gecələr arta bilər, məsələn fiziki işdən, soyuq havanın qəbulundan sonra və s.
  • bogulma;
  • döş qəfəsinin sanki sıxılması — tənəffüs o qədər məhdudlaşır ki, bu nəfəs ala bilməmək qorxusu yaradır;
  • sıxilmış nəfəs yollarından çətinliklə keçən havanın vibrasiyasından quru xırıltılar eşidilir.

Astmanın ağır və kəskin formalarında adam tutma vaxtı ağzı ilə nəfəs alır və nəfəsalmanı asanlaşdırmaq üçün boyun, çiyin və digər əzələlərdən istifadə edir. Bundan əlavə, nəfəs yolları sıxılanda nəfəs almaq nəfəs verməkdən daha asan olur. Çünki döş qəfəsinin əzələləri və orqanizm daha çox bu prosesə uyğunlaşmışlar. Nəfəsvermə, əksinə, normal halda passiv olur, yəni xüsusi səy göstərilmir, ona görə də əzələlər havanın sıxılmış nəfəs yollarından çıxarılması üçün o qədər də inkişaf etmirlər. Nətiçədə ağ ciyərlərdə hava qalır və şişir ki, bu da şişmiş ciyər simptomudur. Uzun müddət astma xəstəliyinə tutulmuş cavan adamlarin döş qəfəsləri uzunsov inkisaf edir. Kəskin ağır astmada əvvəl "fit çalan" döş qəfəsi sonra "susur", fit səsləri eşidilmir. Çünki alınan və verilən hava o qədər az olur ki, səslər eşidilməyə də bilər.

Allergik mənşəli astmada tutmadan əvvəl adamda zökəm, vegetativ distoniya simptomları və öskürək başlayır.

Həmçinin bax

Vikianbarda Bronxial astma ilə əlaqəli mediafayllar var.
  1. en (ing.). 2016.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bronxial astma haqqında məlumat. Bronxial astma nədir? Bronxial astma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bavariya dili

  • Fevral 27, 2026

    Urbinolu Venera

  • Fevral 27, 2026

    Xıllı rayonu

  • Fevral 27, 2026

    Bəhməni sultanlığı

  • Fevral 27, 2026

    Faiq Sücəddinov

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst