Xıllı rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1939–1955-ci illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xıllı kəndi olmuşdur.
| Xıllı rayonu | |
|---|---|
| Хыллы району | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 24 yanvar 1939 |
| Ləğv olunub | 24 sentyabr 1955 |
| Sahəsi |
|
| Əhalisi | |
| Əhalisi |
|
Tarixi
Xıllı rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Onun tərkibinə Salyan rayonunun 8 kənd və 2 qəsəbə sovetliyi daxil edilmişdir. 11 fevral 1940-cı ildə rayon ərazisinin bir qismi yeni yaradılmış Neftçala rayonuna verilmişdir.
Xıllı rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.
Xıllı rayonu 24 sentyabr 1955-ci il tarixində ləğv edilmiş, ərazisi Neftçala və Salyan rayonları ərazisində bölünmüşdür.
Əhalisi
1939-cu il siyahıyalmasına görə Xıllı rayonunun əhalisi 25 542 nəfər olmuşdur. Rayonda yaşayanların 77,4%-i azərbaycanlı, 20,1%-i isə ruslar olmuşdur.
Mətbuat
Rayon ərazisində "Kommunizm yolu" qəzeti nəşr edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xıllı rayonu haqqında məlumat. Xıllı rayonu nədir? Xıllı rayonu nə deməkdir?