Zəngişalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
| Bələdiyyə | |||
| Zəngişalı bələdiyyəsi | |||
|---|---|---|---|
| Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı bələdiyyəsi | |||
| |||
| |||
| Ölkə | |||
| Daxildir | Ağdam rayonu | ||
| Bələdiyyənin ünvanı | Zəngişalı kəndi, köhnə Kolxoz binası | ||
| Bələdiyyə sədri | Məmmədov Mirsiyab Məhiş oğlu | ||
| Tarixi və coğrafiyası | |||
| Yaradılıb | 1999 | ||
| Sahəsi |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | Azərbaycan dili | ||
| Rəqəmsal identifikatorlar | |||
| Statistik kodu | 3200052321 | ||
| Bələdiyyə ödənişləri üçün vergi kodu | 3214 | ||
| VÖEN | 60938007 | ||
| Telefon kodu | +994 26 | ||
| Avtomobil nömrəsi | 02 | ||
| zengisalibelediyyesi@gmail.com | |||
Tarixi
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" 7 dekabr 1999-cu il tarixli 771-IQ nömrəli Qanuna əsasən ilk təşkil olunan 8 bələdiyyədən biri kimi, Ağdam rayonunun Zəngişalı bələdiyyəsi yaradılmışdır.
Bələdiyyənin ilk Nizanaməsi onun 25 fevral 2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə, ikinci Nizmanaməsi isə 20.08.2024-cü il tarixli 10 nömrəli Qərarı ilə qəbul edilmişdir.
Bələdiyyə 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsi ilə həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Mərkəzi və ərazisi
"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna əsasən Zəngişalı kəndi bu Bələdiyyənin mərkəzidir.
Bələdiyyənin ünvanı: Zəngişalı kəndi, köhnə Kolxoz binası.
Həmin Bələdiyyənin ərazi hüdudlarına aşağıkılar aiddir:
| Bələdiyyənin tam adı | VÖEN | Bələdiyyə ödəyiciləri üçün vergi kodu | Bələdiyyənin statistik kodu | Ərazisi (km²) | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu |
|---|---|---|---|---|---|---|---|---|
| Ağdam rayonunun Zəngişalı bələdiyyəsi | 3200052321 | 3214 | 60938007 | 26,3 | Zəngişalı kənd iəd | 60938005 | Zəngişalı kəndi | 60938018 |
| Mahrızlı kəndi | 60938028 |
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar
Bu Bələdiyyə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə” uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1005 ev təsərrüfatı fəaliyyət göstərməklə, 4800 nəfər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəngişalı bələdiyyəsi haqqında məlumat. Zəngişalı bələdiyyəsi nədir? Zəngişalı bələdiyyəsi nə deməkdir?
