Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəngişalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd.

Zəngişalı

  • Ana Səhifə
  • Vikipediya
  • Zəngişalı

Zəngişalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd.

Zəngişalı
40°02′49″ şm. e. 47°03′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Zəngişalı bələdiyyəsi
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0234
Nəqliyyat kodu 02
Xəritəni göstər/gizlə
Zəngişalı xəritədə
Zəngişalı
Zəngişalı

Mündəricat

Etimologiyası

Agdam rayonunun Zəngişalı kəndi Qarabağ düzünün cənub-qərbində, Ağdam şəhərindən 12 km şərqdə Qərvənd-Evoğlu yolunun üstündə yerləşir. Zəngişalı kəndi ərazi cəhətdən Ağdam rayonunun Çəmənli, Seyidli, Qaradağlı və Ağcabədi rayonunun Hacılar kəndləri ilə qonşudur.

Kəndin adı barəsində müxtəlif mülahizələr söylənilir. Bu versiyalardan birinə görə İpək yoluna "Elçi yolu" deyirmişlər. Dərbənddən, Şirvandan, Gəncədən ötüb Naxçıvana, Təbrizə və Bağdada gedən bu yol Zəngişalının qərb hissəsindən keçirmiş. Yol boyu karvanların dincəlməsi üçün karvansaralar tikilərmiş. Həmin karvansaralarda rahatlanan karvan qaldırılıb yola düşən zaman zəng çalınarmış. Zəngişalı kəndinin adı da "zəngi çalın" sözlərindən əmələ gələrək indiki halda formalaşmışdır.

Başqa bir mülahizəyə görə vaxtilə toxuculuqla məşğul olan yerli əhali zəngin şal toxumaları ilə fərqlənmişdir. Belə ehtimal edilir ki, Zəngişalı sözü də "zəngin şal" ifadəsindən yaranmışdır.

Kənd sakini Tofiq Əliyevin dediyinə görə kənd əhalisinin Qərbi Azərbaycanın Zəngi (Razdan) çayı vadisindən gəlməsi və kəndin adının Zəngiçaylı sözünün dəyişilmiş halı ola bilməsi də mümkündür.

Tarixi

Kəndin əhalisi əkinçilik, maldarlıq və toxuculuqla məşğul olmuşlar. Zəngişalının inkişafında imkanlı adamlar böyük rol oynamışlar. Belə şəxslərdən biri də Cavanşirlər nəslindən olan, Zəngişalı kəndində yaşamış Hüseynqulu Ağadır. Kənd əhalisi sudan bərk korluq çəkdiyinə görə Hüseynqulu Ağa 1865–1870-ci illərdə öz vəsaiti hesabına Zəngişalı kəndində kəhriz qazdırmışdır. Kəhriz üçün 50-dən çox quyu qazılıb, bir-birinə lağım vasitəsilə birləşdirilmişdir. Kəhrizdən 450 litr su çıxırdı. Kəhrizin bir neçə km məsafədən axıb torpağın səthinə çıxan yerində su dəyirmanı tikilmiş və "Ağalıq bağı" adı ilə məşhur olan bağ salınmışdır.

1920–1930-cu ildə Azərbaycanın başqa bölgələrində olduğu kimi Ağdam rayonunda da kolxozlar yaradılırdı. Zəngişalı və Mahrızlı kəndlərini əhatə edən kolxoz "Telman", "Paris kommunası", "Orconikidze" Azərbaycan ikinci dəfə müstəqilliyi əldə etdikdən sonra isə "Azərbaycan" adı ilə fəaliyyətinə davam etdirmişdir. Lakin 1941–1945-ci illərdə İkinci dünya müharibəsi Azərbaycan bütün kəndlərində olduğu kimi Zəngişalı kəndində də ciddi çətinliklər yaratdı. Kəndin bütün kişiləri və oğlanları müharibəyə səfərbər edildi. Kolxoz təsərrüfatında yalnız qocalar, qadınlar, uşaqlar çalışır və orduda əsgərlərə hərtərəfli kömək göstərirdilər.

1948–1952-ci illərdə pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahələrində rekord göstəricilər əldə edilir. Həmin illərdə yeddi nəfər yüksək ada – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Ümumiyyətlə, Zəngişalı və Mahrızlı kəndlərindən doqquz nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Əhalisi

Ağdam rayonunun iri yaşayış məntəqələrindən biri olan bu kənddə tikinti işləri zamanı aşkar edilmiş nümunələrdən, köhnə qəbirlərin başdaşlarındakı yazılardan aydın olur ki, burda əhalinin məskunlaşmasının tarixi qədimdir.

Həmçinin bax

  • Zəngişalı bələdiyyəsi
  • Ağdam bələdiyyələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəngişalı haqqında məlumat. Zəngişalı nədir? Zəngişalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Svanlar

  • Mart 01, 2026

    Gürcüstan hökuməti

  • Fevral 27, 2026

    Nüsrət Kəsəmənli

  • Mart 01, 2026

    Xalçaçı

  • Fevral 27, 2026

    Akaba körfəzi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst