Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zülfüqar (farscaوالفقار) — İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirini

Zülfüqar (tank)

  • Ana Səhifə
  • Vikipediya
  • Zülfüqar (tank)

Zülfüqar (farscaوالفقار) — İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirinin köməkçisi olan Briqada generalı Mir-Younes Masoumzadeh tərəfindən yaradılmış və 1996-cı ildən etibarən xidmətə qəbul edilərək kütləvi istehsalına başlanılmış bir ikinci nəsil əsas döyüş tankıdır. Adını dördüncü İslam, həm də Raşidi xəlifəsi, Şiə təriqətinin birinci imamı xəlifə İmam Əli əleyhissəlamın əfsanəvi qılıncı olan Zülfüqardan almışdır. İlkin prototip modelləri 1993-cü ildə sınaqlardan çıxardıldı, 1997-ci ildə 6 ədəd yarımsənaye prototipləri istehsal edilmiş və eyni ildə də ordu sıralarına xidmətə qəbul edilmişdirlər. Ekipajı 3 nəfərdən ibarət tankda Rusiya istehsalı olan 125 mm-lik yivsiz 2A46 topundan istifadə edilir. Zülfüqar 1 tanklarının mühərriki 12-silindrlik dizel mühərrikidir və 780 at gücündədir (630 kW780 at gücü), Zülfüqar 3 tanklarının isə mühərriki 1000 at gücündədir. Maksimal sürəti 70 km olan tankın hərəkət mənzili 450 km-dir. Köməkçi silahları 12.7 mm-lik və 7.62 mm-lik pulemyotlardır.

Zülfüqar
ذوالفقار
Zülfüqar tankı (2012-ci ilin sentyabr ayında)
Zülfüqar tankı (2012-ci ilin sentyabr ayında)
Tipi Əsas döyüş tankı
Ölkə
  •  İran
İstismar illəri 1996 - hal-hazırkı dövr
İstehsal tarixçəsi
Yaranma tarixi 1993
İstehsalçı Şahid Kolah Dooz Sənaye Kompleksi
İstehsal illəri 1996 - günümüz
İstehsal sayı ~150 ədəd Zülfüqar 1, 100 ədəd Zülfüqar 3 (2012-ci ilə görə)
Variantları Zülfüqar 1, Zülfüqar 2, Zülfüqar 3
Xüsusiyyətləri
Ağırlığı 52 ton
Mühərrik

12-silindr. dizel

780 hp (630 kW780 hp)
Sürət 70 km
Güc nisbəti 21.7 hp / ton (Zülfüqar 1), 17.85 hp / ton (Zülfüqar 3)
Mühərrik gücü Zulfiqar 1: 780 hp (630 kW) Zulfiqar 3: AVDS-1790 1000 hp
Əsas silah 125 mm-lik yivsiz 2A46 topu
Köməkçi silah 12.7 mm və 7.62 mm pulemyot
Uzunluğu 9.20 m (30 ft 2 inç)
Eni 3.6 m (11 ft 10 inç)
Hündürlüyü 2.5 m (8ft 2 inç)
Ekipaj 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Güc nisbəti aşağıdakı kimidir:

21.7 hp / ton (Zülfüqar 1);

17.85 hp / ton (Zülfüqar 3)

Mündəricat

Növləri və xüsusiyyətləri

Zülfüqar 1

İnqilabdan öncə ABŞ-dən qalan M48 Patton, M60 Patton tanklarının gövdəsinin üzərinə qurulmuşdur. İlk dəfə olaraq xalqa 1994-cü ildə nümayiş etdirilmişdir. Kompozit modelli zireh yalnız qüllə hissədə edilmişdir (birləşmə (qaynaq) hissələri bilinmir) və qülləyə 125 mm kalibrə sahib olan 2A46 Rusiya istehsalı olan tank topu yerləşdirilmişdir. Ayrıca olaraq ABŞ istehsalı olan Abrams tanklarını xatırladan bir tank qülləsinə sahibdir.

Zülfüqar 2

Daha güclü motora və inkişaf etdirilmiş avtomatik mexaniki doldurucu sisteminə malikdir. Xarici görünüşünə görə əvvəlki modelə bənzəyir.

Zülfüqar 3

Zülfüqar seriyalı tankların ən sonuncu və təkmilləşdirilmiş variantıdır. Atəşə nəzarət sistemi və lazer vasitəsilə hədəflərin tapılması sistemi ilk dəfə olaraq bu tanklarda tətbiq edilmişdir. Tankın top qülləsi və gövdəsi daha əvvəlki modelə görə daha böyük olması ilə seçilir. Ətək (yan) zirehlərdən ilk dəfə olaraq bu tanklarda istifadə edilmişdir.

Dizayn xüsusiyyətləri

Xüsusiyyətləri

Tankın özünəməxsus fərqli bir qutu şəkilli, polad qaynaqlı qülləsi vardır. Zülfüqarın Sovet istehsalı T-72 və Amerika istehsalı olan M48 və M60 tanklarının əsas komponentlərindən hazırlandığına inanılır. Asqı sistemi ABŞ tərəfindən İrana verilən M48 / M60 Patton tanklarından modelləşdirilmişdir. SPAT 1200 ötürücüsüdə M-60-ın yerli modernizasiya edilmiş versiyası kimi görünür. Zülfüqar-1-in döyüş çəkisinin 780 at gücündə olan dizel mühərriki ilə 36 ton olduğu qeyd edilib; tankın güc-çəki sistemi 21,7 at gücü nisbətindədir. Zülfüqar-3 tanklarında isə güc-çəki nisbəti 17.85 at gücü nisbətindədir. Bəzi mənbələr bildirirlər ki Zülfüqarın dizaynı ilə Braziliya prototipi Osório arasında bənzərliklər vardır.

Zülfüqar tankları üç nəfərlik heyət tərəfindən idarə olunur. Avtomatik yükləyicinin T-72 tankı ilə eyni olduğu düşünülür.

2016-cı ilin oktyabrında İran, 360 dərəcəlik bir müşahidə imkanı verən dördqollu sistemlə təchiz edilmiş maili dopler və mərhələli şəkildə düzülmüş olan radar sistemlərinə əsaslanaraq Zülfiqar tanklarında aktiv qoruma sistemini uğurla test etdiyini iddia etmişdir..

Silahlanma

Tank özünü düşmən hücumlarından müdafiə üçün tüstü bombaları ilə təchiz edilmişdir. Tankın topu ilkin T-72 modellərində istifadə edilmiş olan 125 mm-lik çapa malik olan 2A46 yivsiz topudur. Tankın köməkçi silahlarına düşmən piyadalarına qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuş 7.62 mm çapında cütləşdirilmiş pulemyot və hava hücumlarından müdafiədən ötrü 12.7 mm-lik pulemyot daxildir. Zülfüqar / T-72 ekipajı üçün, İran Müdafiə Sənayesi Təşkilatının Silahlanma Qrupu, 3 kq ağırlığa sahib döyüş başlığını saniyədə 850 metr qüllədən çıxma sürəti ilə atəşləyən standart 23 kq ağırlığında olan yüksək partlayıcılı mərmi istehsal edir.

"Zulfüqar-1" tanklarında tank hərəkətdə olarkən tankı yanğından mühafizəni təmin edən yanğınsöndürmə sistemi Tip 72Z ("Safir-74") tank modelində də istifadə olunan, Sloveniya istehsalı olan EFCS-3 yanğına nəzarət sistemidir. Zülfüqar tanklarının iddiaya görə tank qülləsinə lazer xəbərdarlıq sistemi əlavə edilmişdir. Onun dizaynı tankın İran istehsalı olan reaktiv zireh paketindən istifadə etməsinə imkan verir.

İstehsal

1997-ci ilin aprel ayında İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının rəhbərinin müavini, General-leytenant Mohammad Reza Ashtiani 1996-cı ildən istehsalına başlanılmış Zülfüqar tanklarının kütləvi istehsalının, hələ də davam etdiyini bildirmişdir. 520 müxtəlif tipdə tank parçasının, 500 tankın və zirehli maşının istehsal edildiyini bildirmişdir. 1997-ci ilin iyul aylarının sonlarında Əli Əkbər Haşimi Rəfsəncani, yerli olaraq istehsal edilən Zülfüqar əsas müharibə tanklarının və Borag tırtıllı zirehli transportyoru üçün rəsmən bir istehsal xətti açmışdır. Shahid Kolah Dooz adına sənaye kompleksi həmçinin BMP-2 Zirehli transportyorunu da istehsal edəcəkdir.

2013-cü ildə hərbi parad zamanı nümayiş etdirilmiş İran Silahlı Qüvvələrinə məxsus Zülfüqar tankının yeni versiyası

Qalereya

  • Zülfüqar-1 tanklarının öndən görüntüsü
    Zülfüqar-1 tanklarının öndən görüntüsü
  • Zülfüqar-1 tanklarının arxadan görüntüsü
    Zülfüqar-1 tanklarının arxadan görüntüsü

Həmçinin bax

  • Zulfiqar or Zolfaqar 3 main battle tank 2013-02-05 at the Wayback Machine
  • Description of the different versions  (fr.)
  • ACIG.org Zulfiqar tankı 2003-cü Tehran hərbi paradında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zülfüqar (tank) sözünün mənası, zülfüqar (tank) haqqında məlumat. zülfüqar (tank) nədir? zülfüqar (tank) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Maliki

  • Mart 01, 2026

    Kargil müharibəsi

  • Mart 06, 2026

    Qırmızıkənd

  • Fevral 27, 2026

    Kerman

  • Fevral 23, 2026

    Həştərxan

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst