Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

M1 Abrams ABŞ istehsalı üçüncü nəsil əsas döyüş tankıdır. Yüksək mobillik qabiliyyəti olan bu döyüş maşını müasir zirehli quru döyüşləri üçün nəzərdə tutulmuş g

M1 Abrams

  • Ana Səhifə
  • Vikipediya
  • M1 Abrams

M1 Abrams ABŞ istehsalı üçüncü nəsil əsas döyüş tankıdır. Yüksək mobillik qabiliyyəti olan bu döyüş maşını müasir zirehli quru döyüşləri üçün nəzərdə tutulmuş güclü zirehə sahibdir. Hazırda dünya ordularında istismar olunan ən ağır tanklardan biri hesab olunur.

M1A1 Abrams
Tipi Əsas döyüş tankı
Ölkə
  •  ABŞ
İstismar tarixçəsi
İstismar illəri 1980- davam edir
İstismara başlanması 1980
İstifadə edilən döyüşlər İraq müharibəsi (2003-2011)
İstehsal tarixçəsi
Konstruktor Chrysler Defence
İstehsalçı Lima Army tank plant Detroit Tank Arsenal
Variantları M1A1, M1A2
Xüsusiyyətləri
Ağırlığı 61.3ton
Şose sürəti 72 km/saat
Güc nisbəti 1500 a.g.
Əsas silah

105mm-lik M68 yivli top (M1 modellərində)

120 mm-lik M256 yivsiz topu(M1A1/M1A2 modellərində)
Köməkçi silah 1× 12.7 mm M2 BMG M240 7.62 mm
Uzunluğu 9.77 m
Eni 3.45 m
Hündürlüyü 2.44 m
Ekipaj 4 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dəfə 1980-ci ildə ABŞ Ordusunda silahlanmaya qəbul olunmuşdur. Hazırda ABŞ ilə bərabər Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Avstraliya və İraq ordularının da silahlanmasında olan əsas döyüş tankıdır. Sonuncu istehsal variantı olan M1A2 modifikasiyası yeni nəsil zireh və elektronik sistemlərə sahibdir. Maksimal sürəti saatda 72 km, boş çəkisi 61.3 ton, hərəkət ehtiyatı 465 km, maksimal yanacaq götürmə qabiliyyəti 1909 litrdir.

Mündəricat

Ölçülər

Ağırlığı: 61.3 ton

Uzunluğu: 7.93 m

Lülə daxil olmaqla: 9.77 m

Lülənin uzunluğu: 5.28 m

Eni: 3.66 m

Hündürlüyü: 2.44 m

Klirens: 0.48 m

Müdafiə

Zirehi: 700 mm Chobham (Çobham), RHA və poladla azaldılmış uran örtüklü

82 mm-lik 902B sis bombaları

Dinamik müdafiə: ARAT

Aktiv müdafiə: AN/VLQ-6 MCD

Performans

Zəminə təzyiq: 1,01 kq/sm ²

Dalış dərinliyi: 1,2 m (şnorkelsiz), 2 m (şnorkellə)

Xəndək keçmə: 2.74 m

Divar dağıtmaq: 1.06 m

Qalxma dərəcəsi: 31º

Mühərrik: Honeywell AGT1500 qaz turbin mühərrik

At gücü: 1500

Yanacaq çəninin tutumu: 1900 litr

Maksimal sürət: 72 km/saat

Mənzili: 440 km

Dayandırılması: fərdi burulma bar

Silahlanma

Əsas silahı: 120 mm-lik M256 “L44” yivsiz topu

Kalibr: 120 mm

Lülənin qalxma bucağı: –10º... +20º

Üfüqi tuşlama bucağı: 360º

Mərminin başlanğıc sürəti: 1750 metr/saniyə

Atəş məsafəsi: 4 km

Maksimal atəş məsafəsi: 8 km

Döyüş sursatı: 40 ədəd

– 12.7 mm “M2 Browning” pulemyotu

Kalibr: 12.7 mm

Mərmi: 12.7x99 mm

Atış tezliyi: 485-635 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.8 km

Maksimal atəş məsafəsi: 6.7 km

– 2 ədəd 7.62 mm-lik “M240” pulemyotu

Kalibr: 7.62 mm

Mərmi: 7.62x51 mm NATO

Atış tezliyi: 650-950 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 834 metr/saniyə

Atəş məsafəsi: 1.1 km

Maksimal atəş məsafəsi: 3.725 m

Tarixi

M1 Abrams tankları Soyuq müharibə dövründə prototip olaraq hazırlanmış MBT-70 tanklarını əvəz etmək məqsədilə istehsal olunmuşdur. Tərkibi zəiflədilmiş uraniumdan ibarət olan Chobham zirehinin istifadə olunduğu ilk texnikadır. Körfəz müharibəsi ərzində atəş gücü və NBC (nüvə, bioloji və kimyəvi) qoruması artırılmışdır. İraq tanklarından üstün olması səbəbilə müharibə ərzində çox az sayda M1 tankı düşmən atəşi nəticəsində zədə almışdır. Abramslar 2003-cü ildə İraqda başlamış müharibədə və Əfqanıstan döyüşlərində də aktiv istismar olunmuşdur.

İnkişaf etdirilməsi

ABŞ Ordusunun silahlanmasında olan M60 tanklarının əvəz edilməsi məqsədilə 1960-cı ildə Almaniya Federativ Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində MBT-70 tankı istehsala hazırlanmışdır. MBT-70 layihəsi 1968-ci ildə sınaq üçün hazır vəziyyətə gətirilmişdir. Bu tankın əsas zəif cəhətləri olduqca ağır olması və qiymətinin baha olması idi. Bu layihə uğursuzluqla nəticələndiyinə görə ABŞ Ordusu başqa layihələrə üz tutmağa məcbur olmuşdur.

Konqres 1971-ci ilin noyabr ayında MBT-70 layihəsini ləğv etmişdir. Yeni layihə XM815 adlanırdı ki, o da sonradan ABŞ Ordusunun generalı Kreyton Abramsın şərəfinə XM1 Abrams adını almışdır. Bu layihənin prototipləri 1976-cı ildə Chrysler Defense və General Motors şirkətləri tərəfindən hazırlanmışdır.

1979–1985-ci illər aralığında ümumilikdə 3273 ədəd M1 Abrams istehsal olunmuşdur. Bu tanklar ölkə ərazisində lisenziya altında istehsal olunmuş 105 mm-lik Royal Ordnance L7 topu ilə təchiz olunmuşdu. Sonradan bu top kiçik miqyaslı modifikasiyalarla M1IP adı altında istehsal olunmuşdur. Bu model Kanada Ordusu tərəfindən də istifadə olunmuşdur.

1986–1992-ci illər aralığında təqribən 5000 ədəd M1 Abrams istehsal olunmuşdur. Bu tanklar əvvəlkilərdən fərqli olaraq 120 mm-lik M256 topu, təkmilləşdirilmiş zireh və CBRN müdafiə sistemi ilə təchiz edilmişdi. Ümumilikdə, hər birinin qiyməti 4.3 milyon ABŞ dolları olan təqribən 9000 ədəd M1 və M1A1 istehsal olunmuşdur. 1999-cu ildən etibarən bu tankların vahidinin qiyməti 5 milyon ABŞ dolları olaraq müəyyən edilmişdir.

Körfəz müharibəsi

Abrams tankları "Səhrada tufan" əməliyyatı zamanı. 1991-ci il.

1991-ci ildə Körfəz müharibəsi başlayana qədər Abrams tankları heç bir döyüşdə iştirak etməmişdi. Müharibənin başlanğıcında Küveytin İraq qoşunlarından azad edilməsi məqsədilə 1848 ədəd M1A1 Səudiyyə Ərəbistanına yerləşdirildi. Bu tanklar İraq Ordusunun silahlanmasında olan Sovet istehsalı T-55, T-62, həmçinin T-72 tanklarına nisbətən daha çox üstünlüyə sahib idi. İraqın sahib olduğu T-72-lərin əsas zəif cəhəti gecə görmə və müasir məsafəölçən cihazların olmaması idi ki, bu da İraq tanklarının gecə şəraitində döyüş əməliyyatı həyata keçirməsinə və ya düşmənə qarşılıq verməsinə mane olurdu. Bu müharibə ərzində ümumən 23 ədəd M1A1 zədələndi və ya məhv edildi. Məhv edilmiş doqquz Abrams tankından yeddisi "dost atəşi" ilə vurulmuşdu. Digər tanklar isə döyüş əməliyyatları çərçivəsində kiçik çaplı zədələr almışdı ki, bu da onların ümumi döyüş hazırlığına ciddi təsir etməmişdi.

Modelləri

  • XM1 Sınaq modeli olub 1978-ci ildə 9 ədəd istehsal edilmişdir.
  • M1 İlk istehsal edilmiş olan modeldir. 1979-cu ildən 1985-ci ilə kimi istehsal edilmişdir.
    • M1IP (İnkişaf etdirilmiş olan model) 1984- cü ilə qədər istehsal edilmişdir. 1984-cü ildə M1A1 modellərinin üzərində işlərə başlanılmışdır.
  • M1A1 1986-1992-ci illər arasında istehsal edilmişdir.
    • M1A1HC İlk dəfə olaraq (Ən çox istifadə edilən) 120 mm-lik M256 smoothbore topundan , zəiflədilmiş uranium zirehindən, sıxılmış NBC sistemindən, həmçinin arxa hissəyə sursat və ekipaj üçün yeni anbardan bu variantda istifadə edilmişdir.
    • M1A1-D (Digital) M1A1HC modellərinin Digital inkişaf etdirilmiş modelidir.
    • M1A1-AIM (Abrams İntegrated Management). Köhnə versiyaların sıfır saat şərtlərinə gətirildiyi bir proqramdır.
    • M1A1-KVT (Krasnovian Variant Tank). M1A1 tankı SSRİ istehsalı olan tanklara bənzədilərək tank tədrislərində istifadə edilmişdir.
  • M1A2 (Əsas tank). 1992-ci ildən istehsalına başlanılmışdır.
  • M1A2 SEP (System Enhancment Package) 3-cü nəsil uranium ilə müdafiə edilən zireh və qrafit rənglər ilə təchiz edilmişdir.
  • M1 Grizzly Engineer Vehicle ləvazimat məqsədilə istifadə olunurdu.
  • M1 Panther II Uzaqdan idarəetməli mina təmizləmə vasitəsi. Qülləsiz texnika.
  • M104 Wolverine Hücumların təşkili üçün nəzərdə tutulmuş olan körpü texnikası
  • M1 Hücumlar üçün yol açan texnika
  • M1 Zirehli geriyəalma texnikası. Sadəcə olaraq prototip kimi istehsal edilmişdir
  • M1E3 - 2026-cı ildə təqdim olunub.
  • XM1
    XM1
  • M1A2
    M1A2
  • M1 Grizzly
    M1 Grizzly

İstifadəçiləri

  • Avstraliya Avstraliya: 59 ədəd M1A1. 2006-cı ildə ABŞ-dən satın alınan bu tanklar 2007-ci ildə silahlanmada olan Almaniya istehsalı Leopard 1-ləri əvəz etmişdir.
  • Misir Misir: 1005 ədəd M1A1. ABŞ və Misir tərəfindən birgə istehsal olunmuşdur. Əlavə 200 tank sifariş olunub.
  • İraq İraq: 140 ədəd M1A1M. İlk dəfə 2010-cu ilin avqust ayında silahlanmaya daxil edilmişdir. 2011-ci ilin avqust ayına qədər sifariş olunan bütün tanklar İraq Ordusuna çatdırılmışdır.
  • Küveyt Küveyt: 218 ədəd M1A2.
  • Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı: 373 ədəd M1A2. Əlavə 69 ədəd M1A2 modifikasiyalı tank 2014-cü ildə silahlanmaya qəbul olunmuşdur.
  • Mərakeş Mərakeş: 222 ədəd M1A1 SA tankı 2015-ci ildə sifariş olunmuşdur. Müqaviləyə əsasən tankların çatdırılması prosesi 2016-cı ilin iyul ayında başlamışdır. Təchizatın 2018-ci ilin fevral ayında tamamlanacağı gözlənilir. Sifariş olunan tanklar 2-ci nəsil infraqırmızı şüa texnologiyası, xüsusi gücləndirilmiş zireh konfiqurasiyası və başqa üstünlüklərə sahibdir. Tankların ilk partiyası 28 iyul 2016-cı ildə Mərakeş Ordusunda silahlanmaya qəbul olunub.
  • ABŞ ABŞ: ABŞ Ordusu və ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasında ümumilikdə 8100-dən çox M1, M1A1 və M1A2 modifikasiyalı tank var.

Potensial istifadəçilər

  • Yunanıstan Yunanıstan: ABŞ Ordusunda silahlanmadan çıxarılmış 400 ədəd M1A1 Yunanıstana təklif olunub.
  • Peru Peru: Peru Ordusu arsenalında olan köhnə T-55 tanklarını əvəz etmək məqsədilə 2013-cü ildə M1A1-ləri sınaqdan keçirmişdir. Abramsların əsas rəqibi kimi T-90S, Leopard 2A4 və T-84 tankları göstərilir. 2013-cü ilin sentyabr ayına olan məlumata görə seçim prosesi tamamlanmayıb.
  • Tayvan Tayvan: Milli Müdafiə Nazirliyinin 2016-cı ildə verdiyi məlumata görə ABŞ tərəfi ilə M1A1-lərin mümkün ticarəti ilə bağlı danışıqlar davam edir. 2017-ci ilin oktyabrında Tayvan hökuməti satın alma ilə bağlı plandan imtina etdiyini və hazırda silahlanmada olan M60A3 tanklarını 120 mm-lik top, yeni ballistik kompüter və başqa yeniliklər əlavə edərək onları təkmilləşdirməyə qərar verdiyini açıqlayıb.

Həmçinin bax

  • ABŞ Ordusu
  • T-72

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, M1 Abrams haqqında məlumat. M1 Abrams nədir? M1 Abrams nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təsvir

  • Fevral 27, 2026

    Harold Pinter

  • Fevral 27, 2026

    Qılqurdlar

  • Mart 01, 2026

    Vüqar Bağırov

  • Fevral 25, 2026

    Talmud

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst