Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin

Ziyafət Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Ziyafət Əsgərov

Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (2000–2005, 2024-cü ildən) və sabiq birinci müavini (2005–2020), Milli Məclisin I, II, III, IV, V, VI və VII çağırış deputatı (1997-ci ildən).

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
    SədrSahibə Qafarova
    24 noyabr 2000 – 2 dekabr 2005
    SədrMurtuz Ələsgərov
    Oqtay Əsədov
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı
    Vəzifədədir
    4 noyabr 1997-ci ildən
      Seçki dairəsiI və II çağırış — proporsional (YAP)
      III, IV, V və VI çağırış — 76 saylı Lənkəran–Astara
      VII çağırış — 1 saylı Şərur-Sədərək
      Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini
      2 dekabr 2005 – 10 mart 2020
      SədrOqtay Əsədov
      ƏvvəlkiArif Rəhimzadə
      SonrakıƏli Hüseynli
      Şəxsi məlumatlar
      Doğum tarixi 24 oktyabr 1963(1963-10-24) (62 yaş)
      Doğum yeri
      • Aşağı Uzunoba, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
      Partiya
      • Yeni Azərbaycan Partiyası
      Təhsili
      • Bakı Dövlət Universiteti
      Fəaliyyəti siyasətçi
      Elmi fəaliyyəti
      Elmi dərəcəsi
      • hüquq elmləri üzrə fəlsəfə doktoru
      Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni
      "Birlik" ordeni
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Mündəricat

      Həyatı

      Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur.

      1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.

      Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.

      1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir.

      Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

      Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.

      2005-ci il noyabrın 6-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədridir.

      NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

      Ziyafət Əsgərov Bakı Dövlət Universitetibun məzun günündə. 2025-ci il.

      2024-cü il oktyabrın 8-də Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

      2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri təyin olunub.

      2024-cü ilin dekabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına üzv təyin olunub.

      Evlidir, 2 övladı var.

      Mükafatları

      • 23.10.2013 — Azərbaycan "Şöhrət" ordeni.
      • 23.10.2023 — Azərbaycan "Şərəf" ordeni.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ziyafət Əsgərov haqqında məlumat. Ziyafət Əsgərov nədir? Ziyafət Əsgərov nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        Qapağan xaqan

      • Fevral 27, 2026

        Cəfər Bünyadzadə

      • Fevral 24, 2026

        Valensiya

      • Fevral 27, 2026

        Cucumis

      • Fevral 24, 2026

        İydə

      Trend Mahnılar
      • Fevral 17, 2026

        Xumar Qedimova - Dünya

      • Fevral 24, 2026

        Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

      • Fevral 17, 2026

        Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

      • Fevral 17, 2026

        Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

      • Fevral 22, 2026

        Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst