Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Xocabəy oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı, AXC) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştira

Cəfər Bünyadzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Bünyadzadə

Cəfər Xocabəy oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı, AXC) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru olmuşdur. Dadaş Bünyadzadənin qardaşıdır.

Cəfər Bünyadzadə
Doğum tarixi 1890(1890)
Doğum yeri
  • Fatmayı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi avqust 1918(1918-08) (27–28 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Fəaliyyəti yazıçı, müəllim, publisist, redaktor[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Cəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə üçün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915).

Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur. C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi:

" Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm. "

Əsərləri

  • Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910;
  • İgid oğul və yaxud vətən məhəbbəti, 1912;
  • Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1913;
  • Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1914 (ikinci nəşri);
  • Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n. ], 1916 (üçüncü nəşri);
  • Dağarcıq (milli nəğmələr). Bakı: [s.n.], 1917;
  • Kəşküli-nəğəm. Rusiya inqilabi-kəbiri zamanında təb edilmişdir. Bakı: [s.n.], 1917;
  • İgid oğul və yaxud vətən məhəbbəti. Bakı: Zərdabi, 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Bünyadzadə haqqında məlumat. Cəfər Bünyadzadə nədir? Cəfər Bünyadzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Su maralları

  • Fevral 27, 2026

    Hip hop

  • Fevral 27, 2026

    Rihanna

  • Fevral 27, 2026

    Casusluq

  • Fevral 27, 2026

    Yük təyyarəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst