Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikasın

Ziyad Səmədzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Ziyad Səmədzadə

Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı.

Ziyad Səmədzadə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
2 dekabr 2005-ci ildən
    Seçki dairəsiIII, IV, V, VI və VII çağırış —
    23 saylı Nəsimi–Səbail
    Azərbaycan Respublikası Baş nazirinin birinci müavini — Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
    18 may 1992 – 19 noyabr 1992
    ƏvvəlkiRəhim Hüseynov
    SonrakıƏli Məsimov
    Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini
    16 oktyabr 1991 – 18 may 1992
    ƏvvəlkiTelman Orucov
    SonrakıTamerlan Qarayev
    Şəxsi məlumatlar
    Doğum tarixi 25 iyun 1940(1940-06-25) (85 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Sovet İttifaqı Kommunist Partiyası (1968–1991)
    Təhsili
    • Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (–1961),
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti iqtisadçı, siyasətçi
    Uşağı
    • Aygün Səmədzadə
    Elmi fəaliyyəti
    Elm sahəsi iqtisadiyyat
    Elmi dərəcəsi
    • iqtisad elmləri doktoru (1971)
    Elmi adı
    • professor

    Təltifləri "Şərəf" ordeni — 20152015 "Şöhrət" ordeni — 20102010 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20202020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Qırmızı əmək bayrağı" ordeni — 19861986
    "Humay" mükafatı — 2013 Azərbaycan LKGİ mükafatı — 19741974
    samedzade.az
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı və fəaliyyəti

    Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962–1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.

    1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 1977-ci ildə ona professor adı verilir.

    1976–1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi–Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978–82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

    1980-ci ildə Z. Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

    1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan–İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur.

    Z. Səmədzadə dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.

    Ziyad Səmədzadə Azərbaycan Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir.

    Araşdırmaları Azərbaycan və Rus dillərində nəşr edilmiş "Dağlıq Qarabağ: naməlum həqiqətlər" adlı kitaba daxil edilmişdir.

    Z. Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse–prezidentidir.

    Z. Səmədzadə 1999-cu ildə "İqtisadiyyat" adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

    2004-cü ildə "Böyük yolun mərhələləri" — "Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır.

    Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

    2024-cü il oktyabrın 8-də Azərbaycan–Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    Ailəsi

    Ziyad Səmədzadənin oğlu Elşad iqtisadçı-alimdir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən həkim və publisistdir. Dörd nəvəsi var.

    Mükafatları

    • Elm və Texnika sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatı — 1974
    • "Qırmızı əmək bayrağı" ordeni — 1986
    • Belarus Respublikasının Prezidentinin Sərəncamı ilə Fransisk Skorina medalı — 16 dekabr 2010 (Belarus ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə əhəmiyyətli töhfəsinə görə)
    • Beynəlxalq İqtisadçılar İttifaqının "Qızıl qələm" mükafatı — 2010
    • Beynəlxalq İqtisadçılar İttifaqının Gümüş medalı — 2015
    • AMEA-nın Fəxri fərmanı — 2000, 2010, 2015
    • ARDNŞ-nin Fəxri fərmanı — 2013
    • "Humay" mükafatı — 2013
    • "Şöhrət" ordeni — 22 iyun 2010
    • "Şərəf" ordeni — 24 iyun 2015
    • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 24 iyun 2020

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ziyad Səmədzadə haqqında məlumat. Ziyad Səmədzadə nədir? Ziyad Səmədzadə nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Gilqameş dastanı

    • Fevral 27, 2026

      Türkçülük

    • Fevral 27, 2026

      Növ

    • Fevral 25, 2026

      Kron

    • Fevral 27, 2026

      Gelibolu

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst