Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi.
Həyatı
Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının "Tarixi-qozide" əsərinə 1341–1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, "XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V. V. Bartold bu dövrü "Fars (İran) tarixşünaslığının qızıl əsrləri" adlandırmışdır".
1341–1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zeynəddin Qəzvini haqqında məlumat. Zeynəddin Qəzvini nədir? Zeynəddin Qəzvini nə deməkdir?