Hafiz Siqatəddin Əbül-Qasım Əli ibn Həsən əd-Dəməşqi (ərəb. أبو القاسم علي بن الحسن بن هبة الله بن عساكر الدمشقي) və ya təxəllüsü ilə İbn Asakir və ya İbn Əsakir (ərəb. ابن عساكر; 13 sentyabr 1105, Dəməşq – 25 yanvar 1176, Dəməşq) — islam alimi, ilahiyyatçısı, hədisşünası, tarixçisi və şafii məzhəbinin hüquqşünası. Ərəb regional tarixşünaslığının nümayəndəsi olmuşdur. Dəməşqdə yaşayan 10000-ə yaxın insanın (onlardan 200-ü qadın) bioqrafiyasını özündə əks etdirən "Tarixu mədinəti-Diməşq" ("Dəməşq şəhərinin tarixi" bioqrafik lüğətinin müəllifi olmuşdur. O, Əbunnəcib Sührəvərdinin tələbəsi idi.
| İbn Asakir | |
|---|---|
| ərəb. علي بن الحسن بن هبة الله بن عساكر الدمشقي | |
| |
| Doğum tarixi | 13 sentyabr 1105 |
| Doğum yeri | |
| Vəfat tarixi | 25 yanvar 1176 (70 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Elm sahələri | tarix, hədis elmi, Əşərilər |
| Tanınmış yetirmələri | Əbu Səd əs-Səmani |
Həyatı
Onun tam adı Hafiz Siqatəddin Əbül-Qasım Əli ibn Həsən ibn Hebətullah ibn Abdullah ibn Hüseyn ibn Əsakir Dəməşqi əş-Şafii əl-Əşəridir. O, Bəni-Əsakir qəbiləsindən idi. 1105-ci ildə Dəməşqdə anadan olmuşdur. O, atasının və böyük qardaşının rəhbərliyi altında təhsil almışdır. 20 yaşında elm üçün Bağdada getmişdir. Bir il sonra Məkkə və Mədinəyə həcc ziyarəti etmişdir. Həcc ziyarətindən qayıdaraq 5 il Nizamiyyə mədrəsəsində qalıb Dəməşqə qayıtmışdır.
1135-ci ildə anası vəfat etdikdən sonra İbn Əsakir Xorasana getdi, burada Əsbəhan, Mərv, Təbriz, Beyhək, Rey, Herat və başqaları kimi böyük şəhərləri gəzmişdir. 4 ildən sonra İbn Əsakir Dəməşqə qayıtmış və "Darül-Hədin ən-Nuriyyə" mədrəsəsində tələbələrə dərs deməyə başlamışdır.
1176-cı ildə Dəməşqdə vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Asakir haqqında məlumat. İbn Asakir nədir? İbn Asakir nə deməkdir?
