Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 4 (16) avqust 1871 və ya 16 avqust 1871, Kutaisi – 6 oktyabr 1933[…], Tiflis) — gürcü əsilli bəstəkar. Gürcüstan Fi

Zaxari Paliaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Zaxari Paliaşvili

Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 4 (16) avqust 1871 və ya 16 avqust 1871, Kutaisi – 6 oktyabr 1933[…], Tiflis) — gürcü əsilli bəstəkar. Gürcüstan Filarmoniya Birliyinin qurucusu, Tiflis Dövlət Konservatoriyasının rəhbəri.

Zaxari Paliaşvili
gürc. ზაქარია პეტრეს ძე ფალიაშვილი
Ümumi məlumatlar
Doğum adı ზაქარია ფალიაშვილი
Doğum tarixi 4 (16) avqust 1871(1871-08-16) və ya 16 avqust 1871(1871-08-16)
Doğum yeri
  • Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 6 oktyabr 1933(1933-10-06)[…] (62 yaşında)
Vəfat yeri
  • Tiflis, Gürcüstan SSR, ZSFSR, SSRİ
Dəfn yeri
  • Tiflis
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqi pedaqoqu
Janr opera
Təhsili
  • Moskva Dövlət Konservatoriyası (1900–1903)
Elmi adı
  • professor (1919)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Zaxari Paliaşvili 16 avqust 1871-ci ildə Kutaisi şəhərində anadan olmuşdur. Atasının adı Pitr İvanes dze Paliaşvili, anasının adı isə Mariya Pavles asuli Mesarkişilidir. O, on səkkiz uşaqlı ailənin üçüncü uşağı olmuşdur.

Tiflisdəki Gürcü Katolik Kilsəsində işləməyə başlaması ilə Covanni Palestrina, Orlanda de Lassus, İohann Sebastyan Bax,Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart kimi sənətkarların fəaliyyəti ilə tanış olmuş və musiqi biliklərini genişləndirmək üçün fürsət qazanmışdır.

1886-cı ildə onun təşəbbüsü və tanınmış ictimai xadim Lado Aqniaşvilinin də dəstəyi ilə Gürcüstan Etnoqrafiya xorunun ilk tamaşası baş tutdu. Zaxari Paliaşvili 1891-ci ildə F.F. Parizekin "valtorn" məktəbinə daxil olmuşdur. Perizekin 1897-ci ildə məktəbdən çıxmasından sonra A.İ. Moskonun rəhbərliyi altında təhsilini davam etdirdi. 1895-ci ildə "valtorn" məktəbini bitirdi. Həmin il rus bəstəkar və müəllim Nikolay Klenovskinin rəhbərlik etdiyi musiqi nəzəriyyəsi dərslərinə qatıldı. O, həmçinin İppolitov İvanov və musiqi tənqidçisi Vasili Korqanov ilə də birlikdə fəaliyyət göstərməyə başladı. 1899-cu ildə musiqi nəzəriyyəsi məktəbindən məzun oldu.

1900-cü illərdə Zaxari Paliaşvili musiqi təhsilini Moskva şəhərində, Moskva Konservatoriyasında davam etdirmişdir. Konsevatoriyadakı təhsili Paliaşvilinin özünü bəstəkar kimi yetişdirməyinə təkan verdi.

Zaxari Paliaşvili 1903-cü ildə Gürcüstana geri döndü və Tiflis Orta Məktəbində müəllim kimi fəaliyyət göstərdi. Məktəbdə qurduğu xor və orkestr dəstəsi sürətli irəliləyişlər əldə etdi və tezliklə konsertlər verməyə başladı. 1904-cü ildə Paliaşvili nəzəri musiqi dərslərinin tədrisinə rəhbərlik etmək üçün Tiflis Musiqi Məktəbi dəvət edildi və bu dəvəti qəbul etdi. 1906-cı ildə onun tərəfindən gürcülər üçün vətənpərvər musiqilərdən biri olan "Samshoblo" bəstələndi.

1908-ci ildə Filarmoniya Cəmiyyəti tərəfindən musiqi məktəbi yaradıldı və Zaxari Paliaşvili həmin məktəbə direktor təyin edildi. Məktəb maddi sıxıntılar çəkdiyi üçün Paliaşvili 3 il əməkhaqqı almadı. 1917-ci ildə Tiflis Musiqi Məktəbi Tiflis Konservatoriyasına çevrildi. Həmin ildə Zaxari Paliaşvili konservatoriyanın rəhbəri oldu.

1919-cu ildə professor elmi dərəcəsi aldı. Həmin ildə "Abesalom da Etery" adlı ilk operasının açılış gecəsi baş tutdu. İkinci operası "Daisi"nin açılış gecəsi isə 19 dekabr 1923-cü ildə keçirildi. Üçüncü operası "Latavra"nı isə beş il sonra yazmışdır (açılış gecəsi 16 mart 1928-ci ildə baş tutmuşdur).

Zaxari Paliaşvili böyrəküstü vəzilərinin sarkomundan əziyyət çəkirdi. 1930-cu illərdə əməliyyat olunsa da, heç bir nəticə əldə olunmadı. O, 1933-cü ilin 6 oktyabrında vəfat etdi.

Ədəbiyyat

  • Dzigua, V. (14 oktyabr 1971) Zakaria Paliaşvili – 100th Anniversary, Kutaisi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaxari paliaşvili sözünün mənası, zaxari paliaşvili haqqında məlumat. zaxari paliaşvili nədir? zaxari paliaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mikayıl

  • Fevral 27, 2026

    Dalyan

  • Fevral 27, 2026

    Neqros

  • Mart 01, 2026

    Seydi Bushəqi

  • Mart 01, 2026

    Bernhard Riman

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst