Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu – 29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110

Zadir Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Zadir Rzayev

Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu – 29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissə komandiri.

Zadir Rzayev
Zadir Rza oğlu Rzayev
Şəxsi məlumatlar
Digər adı Zaur
Doğum tarixi 10 oktyabr 1937
Doğum yeri Şürük, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 yanvar 2010 (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya
Hərbi fəaliyyəti
Rütbəsi General-mayor
Vəzifəsi korpus komandiri
Döyüşlər Qarabağ müharibəsi

Mündəricat

Bioqrafiyası

1937–1958: Uşaqlıq və gənclik illəri

Zadir Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Orta təhsili İkinci Dünya müharibəsi dövrlərinə təsadüf etdiyindən təhsil almasında böyük çətinliklər yaranıb. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlib. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-ci ildə sənədlərini geri götürərək o vaxtkı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib və qəbul olub.

1958–1971: Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi

1958–1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq 5 il Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində — Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. Gümrü şəhərində xidmtə etdiyi hərbi hissədə əvvəlcə taborun qərargah rəisi, az sonra isə tabor komandiri olub.

1971–1991: M. F. Frunze adına Hərbi Akademiya

Ermənistanda xidmət edə-edə 1971-ci ildə Moskvada M. F. Frunze adına Hərbi Akademiyaya daxil olub və 1975-ci ildə oranı bitirib. Daha sonra Zaqafqaziya Hərbi Dairəsində 1988-ci ilədək alay komandirinin müavini kimi çalışıb. 1988-ci ildə ordudan tərxis olunub. Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilib. Burada polkovnik rütbəsi alan Zadir Rzayev kafedra rəisi vəzifəsinə təyin olunub. İlk dəfə ona BDU-da Zaur kimi müraiət olunur və sonradan el arasında bir çox şəxslər onu Zadir yox məhz Zaur adı ilə tanıyıb.

1991–1993: Qarabağ müharibəsi

1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı "I batalyon" kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağ döyüş bölgəsinə getmişdir. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik etmişdir. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.

1993-cü il avqustun 29-da Beyləqan yolunda müəmmalı səbəblərdən avtomobil qəzasına düşərək, başından ağır xəsarət almış və 3 ay hərbi hospitalda müalicə olunmuşdur.

29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zadir rzayev sözünün mənası, zadir rzayev haqqında məlumat. zadir rzayev nədir? zadir rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Spitakşen (Xocavənd)

  • Fevral 27, 2026

    Amur üzümü

  • Fevral 27, 2026

    Zaur Ramazanov

  • Fevral 27, 2026

    Nigar Şıxlinskaya

  • Mart 02, 2026

    Qrenada bayrağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst