Amur üzümü (lat. Vitis amurensis) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
| Amur üzümü | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Vitoideae Cins: Növ: Amur üzümü | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir.
Botaniki xarakteristikası
Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir. Meyvələri şarşəkilli, qara və ya bənövşəyi, bəzən tünd göy, çox turşdan şirinədək, diametri 12 mm-dək, qalın qabıqlı giləmeyvədir. Giləmeyvələrin ləti sulu, turştəhərdir. Sentyabrın axırları yetişir.
Ekologiyası
Şəhər şəraitini yaxşı keçirir. Tüstüyə və qaza davamlıdır. Nəmişlik sevəndir. Çay vadiləri, meşə, dağ yamaclarında rast gəlinir, ağaclara dırmaşır və torpaqda sürünür.
Azərbaycanda yayılması
Böyük Qafqazda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Şaquli yaşıllaşdırmada dekorativ bitki kimi istifadə oluna bilər. Üzümün cavan, sulu zoğları və yarpaqları salatda istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
- Vitis amurensis var. genuina Skvortsov
- Vitis vinifera var. amurensis (Rupr.) Regel
- Vitis vinifera f. amurensis (Rupr.) Regel
- Vitis vulpina var. amurensis (Rupr.) Regel
Yarımnövləri
- Vitis amurensis var. amurensis
- Vitis amurensis var. dissecta Skvortsov
- Vitis amurensis var. funiushanensis F.S.Wang
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amur üzümü haqqında məlumat. Amur üzümü nədir? Amur üzümü nə deməkdir?
