Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zülfəli İmaməli oğlu İbrahimov (25 dekabr 1910, Sərab, Qacar dövləti – 21 sentyabr 1972, Bakı) — tarix elmləri doktoru (1948), professor (1950), Azərbaycan Mill

Zülfəli İbrahimov

  • Ana Səhifə
  • Vikipediya
  • Zülfəli İbrahimov

Zülfəli İmaməli oğlu İbrahimov (25 dekabr 1910, Sərab, Qacar dövləti – 21 sentyabr 1972, Bakı) — tarix elmləri doktoru (1948), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959).

Zülfəli İbrahimov
Zülfəli İmaməli oğlu İbrahimov
Doğum tarixi 25 dekabr 1910(1910-12-25)
Doğum yeri
  • Sərab, Qacar dövləti
Vəfat tarixi 21 sentyabr 1972(1972-09-21) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi Azərbaycan tarixi
Elmi dərəcəsi
  • tarix elmləri doktoru (1948)
Elmi adı
  • professor (1950)
İş yerləri
  • Bakı Dövlət Universiteti,
  • AMEA Tarix və Etnologiya İnstitutu
Təhsili
  • Ümumittifaq Jurnalistika İnstitutu[d] (1932–1935)
Üzvlüyü
  • SSRİ Jurnalistlər İttifaqı
Mükafatları "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm xadimi

Mündəricat

Həyatı

Zülfəli İmaməli oğlu İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdı. Zülfəli İbrahimov 1932-ci ildə Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilmiş və 1935-ci ildə hə­min institutu bitir­dikdən sonra Bakıya qayıt­mışdır.

Əmək fəaliyyəti

Bakıya qayıdan Zülfəli İbrahimov "Kommunist", "Nuxa fəhləsi", "Yeni yol", "Gənc işçi" və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır. 1936-1937-ci illərdə dərs ilindən isə Zülfəli İbrahimov pedoqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. 1941-1942-ci illərdə Urmiya şəhərində Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasında "Qızıl Əsgər" qəzetinin məsul redaktoru işləmişdir. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Belə ki, sovet dövründə milli respublikalarin tarixinin öyrənilməsi və tədrisinə çox saylı əngəllərin olduğu bir şəraitdə o, Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının açılmasına nail olmuşdur. Zülfəli İbrahimov həmin kafedranın müdiri, universitetin Tarix fakültəsinin dekanı və 1960-1967-ci illərdə Azərbaycan SSR EA–nın Tarix İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Elmi fəaliyyəti

Professor Zülfəli İbrahimov elmi fəaliyyətinin ilk dövrlərini Azərbaycan xalqının mühüm tarixi problemlərinin tədqiqinə həsr etmişdi. 1941-ci ildə Zülfəli İbrahimov Bakı Dövlət Universitetində öz xalqının qəhrəmanlıq tarixinə - "Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının mübarizəsi"-nə həsr etdiyi namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və tarix elmləri namizədi alimlik dərəcəsini alır. 1948-ci ildə "1917-1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və Ali Attestasiyanın 25 fevral 1950-ci il qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsini və 17 iyun qərarı ilə professor adını almışdır.

Elmi fəaliyyətinin sonrakı mərhələsində Zülfəli İbrahimov burjua-demokratik, sosialist inqilabı, xarici hərbi müdaxilə, vətəndaş müharibəsi tarixinin tədqiqi ilə məşğul olmuşdur. Bu silsilədən əsərləri "İngilis-amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi", "Azərbaycanda 1905-1907-ci illər inqilabı", "Azərbaycan zəhmətkeşlərinin sosialist inqilabı uğrunda mübarizəsi", "Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi" və s. Zülfəli İbrahimov üç cildlik "Azərbaycan tarixi", "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi", "Azərbaycan Kommunist Partiyası tarixinin" 1 cildi, "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri", həmçinin "Zaqafqaziya kommunist təşkilatları tarixinin oçerkləri" kimi ümumiləşdirici əsərlərin əsas müəlliflərindəndir. O, eyni zamanda SSRİ jurnalistlər İttifaqının üzvü idi.

Zülfəli İbrahimov 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Uzun illər Azərbaycan Dövlət Universitetində Vətən tarixindən ümumi və xüsusi kurslar aparan prof. Z.İbrahimovun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdi. Professor Zülfəli İbrahimov Azərbaycan EA nəzdində Elmi Əlaqələndirmə Şurasının sədri, ictimai elmlər üzrə birləşmiş redaksiya nəşriyyat şurasının, ictimai elmlər üzrə birləşmiş müdafiə elmi şurasının, tarix bölməsi üzrə müdafiə elmi şurasının. BDU-nun və Tarix fakültəsi elmi şuralarının üzvü olmuşdur. O, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. 300-ə qədər elmi məqalə və əsərlərin müəllifi olan professor Z.İbrahimov bütün ömrünü elmin inkişafı və tərəqqisinə həsr etmiş, özündən sonra böyük tarixi bir irs qoyub getmişdir.

Təltif və mükafatları

Zülfəli İbrahimov Oktyabr inqilabı, Şərəf nişanı ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan SSR Dövlət mükafatı laureatı və "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür.

Ölümü

Zülfəli İbrahimov 1972-ci il sentyabrın 21-də vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.

Əsərləri

  • Azərbaycan xalqı döyüşgən xalqdır. Bakı: Uşaqgəncnəşr, 1942, 54, [2] s.
  • İngilis-amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi : 1918-1920-ci illər. Bakı: Uşaqgəncnəşr, 1950, 113, [2] s.
  • V. İ. Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: Azərnəşr, 1970, 526, [2] s.
  • Seçilmiş əsərlər [Mətn] /Z. İ. İbrahimov ; tərt. ed. və red. A. İbrahimova ; [ön sözün müəl. T. T. Vəliyev]. Bakı: Elm, 2013, 568 s.
  • Революция 1905-1907 гг. в Азербайджане. Баку: Азернешр, 1955, 263, [1] с.
  • Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi [Mətn] : 1917-1918-ci illər. Bakı: Azərnəşr, 1957. 585, [3] s.
  • Победа советской власти в Закавказье [Текст] /ред. кол. И. И. Минц (гл. ред.). Тбилиси: Мецниереба, 1971, 682, [2] с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülfəli İbrahimov haqqında məlumat. Zülfəli İbrahimov nədir? Zülfəli İbrahimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Litva litası

  • Mart 01, 2026

    Nevşehir

  • Fevral 27, 2026

    Vinek xan

  • Mart 01, 2026

    Əfsəhəddin Hidayətullah

  • Mart 01, 2026

    Türkiyə Kuboku

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst