Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu – 6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar B

Şaiq Vəli

  • Ana Səhifə
  • Vikipediya
  • Şaiq Vəli

Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu – 6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Şaiq Vəli
Doğum tarixi dekabr 1950
Doğum yeri Yuxarı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 6 fevral 2013 (62 yaşında)
Vəfat yeri Sumqayıt, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti şair

Mündəricat

Həyatı

Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub.

Şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib.

O, 1990–1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub.

1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk etmişdir.

Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib.

Ailəsi

Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmişdir. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb. Nəticə etibarilə yazarın ailəsi dağlıb. Bundan sonra ikinci dəfə evlənən Ş. Vəlinin üç övladı olub və yeni ailəsində doğulan uşaqlara əvvəlki uşaqlarının adlarını qoyub.

Yaradıcılığı

Şaiq Vəlinin ilk şeirlər kitabı çap prosesindədir, şair öz kitabını görmədən həyata vida etdi. Onun kitabının belə gec çapa hazırlanması da, şeirə–sənətə sərt ölçülərlə yanaşmasından, kitab çıxarmağa tələsməməsindən qaynaqlanırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şaiq Vəli haqqında məlumat. Şaiq Vəli nədir? Şaiq Vəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Morul

  • Fevral 25, 2026

    Marqaret Mitçell

  • Fevral 26, 2026

    Pəmbək mahalı

  • Fevral 24, 2026

    Nov boğazı

  • Fevral 27, 2026

    Əxlaqsızlıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst