Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuri Vladimiroviç Andropov (2 (15) iyun 1914 – 9 fevral 1984) — sovet dövlət və partiya xadimi, 1982–1984-cü illərdə Sov.İKP MK-nın baş katibi, 1983–1984-cü ill

Yuri Andropov

  • Ana Səhifə
  • Vikipediya
  • Yuri Andropov

Yuri Vladimiroviç Andropov (2 (15) iyun 1914 – 9 fevral 1984) — sovet dövlət və partiya xadimi, 1982–1984-cü illərdə Sov.İKP MK-nın baş katibi, 1983–1984-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1967–1982).

Yuri Andropov
rus. Юрий Владимирович Андропов
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi
12 noyabr 1982 – 9 fevral 1984
ƏvvəlkiLeonid Brejnev
SonrakıKonstantin Çernenko
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
16 iyun 1983 – 9 fevral 1984
ƏvvəlkiLeonid Brejnev
SonrakıKonstantin Çernenko
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
24 may 1982 – 12 noyabr 1982
23 noyabr 1962 – 21 iyun 1967
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri
18 may 1967 – 26 may 1982
ƏvvəlkiVladimir Semiçastnı
SonrakıVitali Fedorçuk[d]
SSRİ-nin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri
15 iyul 1954 – 7 mart 1957
ƏvvəlkiYevgeni Kiselyov[d]
SonrakıYevgeni Qromov[d]
Şəxsi məlumatlar
Doğum tarixi 2 (15) iyun 1914(1914-06-15)
Doğum yeri
  • Soluno-Dmitriyevskoye[d], Stavropol quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 9 fevral 1984(1984-02-09)[…] (69 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
  • Kreml divarı nekropolu
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1939)
Təhsili
  • ÜİK(b)P MK yanında Ali Partiya Məktəbi[d] (–1947)
Fəaliyyəti siyasətçi, diplomat
Dini ateizm
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • ordu generalı

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1974 Bolqarıstan Xalq Respublikasının Qəhrəmanı
"Lenin" ordeni — 1957 "Lenin" ordeni — 1964 "Lenin" ordeni — 1971 "Lenin" ordeni — 1974 "Oktyabr inqilabı" ordeni — 1979 "Qırmızı bayraq" ordeni — 1944 "Qırmızı əmək bayrağı" ordeni — 1944 "Qırmızı əmək bayrağı" ordeni — 1948 "Qırmızı əmək bayrağı" ordeni — 1961 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 1-ci dərəcəli "Vətən müharibəsi partizanına" medalı — 1943 "SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Leninqradın 250 illik xatirəsinə" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni "Azadlıq günəşi" ordeni "Suxe-Bator" ordeni "Qırmızı bayraq" ordeni "Monqolustan Xalq İnqilabının 50 illiyi" yubiley medalı 1-ci dərəcəli "Silah dostluğunun möhkəmləndirilməsinə görə" medalı "Ağ şir" ordeni "Karl Marks" ordeni "Bolqarıstan Xalq Respublikası" ordeni "Georgi Dimitrov" ordeni
Dövlət Təhlükəsizlik Komitəsinin fəxri işçisi — 1973
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olmuşdur.,

Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə ÜİK(b)P sıralarına daxil olmuşdur. 1938–1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatının rəhbəri olmuşdur. Böyük Vətən müharibəsindən sonra Karel-Fin Kommunist Partiyası MK-nın 2-ci katibi kimi fəaliyyət göstərmişdir.

1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə, məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və Sov. İKP MK-ya şöbə müdiri təyin edilir.

1961-ci ildə Sov. İKP-nin XXI qurultayında o, partiya Mərkəzi Komitəsinin üzvü seçilir, daha sonra isə, Sov. İKP MK katibi kimi fəaliyyət göstərir. 1967-ci ildə partiya fəaliyyətindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir. Dövlət Təhlükəsizlik Komitəsi-nin rəhbəri kimi 1967-ci ildə partiyanın ali orqanı olan MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1972-ci ildə Siyasi Büroya üzv seçilir. Öz fəaliyyətini o, əsasən, antisovet və dissident hərəkatına qarşı mübarizəyə həsr edir. 1976-cı il 10 sentyabrda ona ordu generalı hərbi rütbəsi verilir.

Mixail Suslovun vəfatından sonra, Andropov 1982-ci ilin 24 mayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri postundan Sov.İKP MK-nın katibi vəzifəsinə keçirilir. Daha sonralar, 1982-ci ilin 12 noyabrında Andropov Sov. İKP MK-nın Plenumunda MK-nın Baş Katibi seçilir. SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin sədri seçilir.

Andopov, rəhbərliyi dövründə ölkədəki sosial-iqtisadi problemlərin həllinə ciddi diqqət yetirməyə başlayır. Ancaq, bunun üçün islahatlar ancaq əmək intizamının möhkəmlənməsi ilə bitir, o, sovet siyasi siteminin əsaslarına toxunmur.

Yuri Andropov 9 fevral 1984-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Y. Andropov sovet və post sovet araşdırmalarında qətiyyətli və ziddiyyətli dövlət xadimi kimi xarakterizə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuri Andropov haqqında məlumat. Yuri Andropov nədir? Yuri Andropov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naxçıvan MSSR

  • Fevral 27, 2026

    Ernan Kortes

  • Fevral 27, 2026

    Dissertasiya

  • Fevral 27, 2026

    Nəcməddin Sadıkov

  • Fevral 27, 2026

    Mauna Kea

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst