Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan hərbçisi, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi (1993–2021), general-polkovnik (2005).
| Nəcməddin Sadıkov | |
|---|---|
| |
| 2 noyabr 1993 – 28 yanvar 2021 | |
| Əvvəlki | Nurəddin Sadıqov |
| Sonrakı | Kərim Vəliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 may 1956 (69 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Hərbi xidmət | |
| Mənsubiyyəti | |
| Qoşun növü | Azərbaycan Silahlı Qüvvələri |
| Rütbəsi | General-polkovnik |
| | |
| Təltifləri | |
Həyatı
Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var.
Təhsili
- 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qızıl medalla bitirib;
- 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib;
- 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib;
Fəaliyyəti
- 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib;
- 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib;
- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib;
- Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb;
- Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib;
- Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür.
- 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
- 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb.
- 28 yanvar 2021-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Tənqidlər, etirazlar və vəzifədən kənarlaşdırılması ilə bağlı deyilənlər
Rusdilli olması və Azərbaycan dilində zəif danışması səbəbindən tənqid atəşinə tutulub. Bəzi mənbələrdə qeyd edilib ki, onun iş masasında duran bütün sənədlər əvvəl rus dilinə tərcümə olunur. 2020-ci ilin yayında, geniş vüsət alan "şaqul düşməsələr" dalğasında onu xəyanətdə ittiham edənlər oldu. Sanki o, qərəzli şəkildə "Türkiyə Silahlı Qüvvələrinin" Azərbaycanda artmış təsirindən narahat idi.
14–15 iyul 2020-ci il nümayişlərində general Polad Həşimovun ölümündən sonra küçəyə çıxan etirazçılar "Sadıqov, istefa ver" şüarları səsləndirərək hakimiyyətə qarşı reaksiya göstərdilər. O, 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Sadıqov səhər tezdən itkin düşdü, onu ev dustağı kimi görənlər olsa da rəsmi təsdiq özünü tapmadı. 28 yanvar 2021-ci ildə müdafiə nazirliyi onun hərbi xidmətdə olmadığını, adının rəsmi saytlardan götürüldüyünü bəyan etdi. Onun itkin düşməsi və rəsmi izahatın olmaması səbəbindən vəziyyət hələ də qaranlıq olaraq qalır.
Təltifləri
"Azərbaycan Bayrağı" ordeni — 04.04.1995
"Vətən uğrunda" medalı — 24.06.2003
III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21.06.2007
"Hərbi xidmətlərə görə" medalı — 26.06.2009
"Azərbaycan Bayrağı" ordeni — 19.04.2016
I dərəcəli "Rəşadət" ordeni — 25.06.2018
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı — 27.05.2019
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəcməddin Sadıkov haqqında məlumat. Nəcməddin Sadıkov nədir? Nəcməddin Sadıkov nə deməkdir?