Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Murtuzəli oğlu Xasayev (27 avqust 1934, Qazax rayonu – 13 may 2006) — texnika elmləri doktoru, professor. ADNA-nın kafedra müdiri (1978–1996), "Qaradağneft

Arif Xasayev

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Xasayev

Arif Murtuzəli oğlu Xasayev (27 avqust 1934, Qazax rayonu – 13 may 2006) — texnika elmləri doktoru, professor. ADNA-nın kafedra müdiri (1978–1996), "Qaradağneft" NQÇİ ÜNİPR-in rəisi, "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinin rəhbəri.

Arif Xasayev
Xasayev Arif Murtuzəli oğlu
Doğum tarixi 27 avqust 1934
Doğum yeri Qıraq Kəsəmən, Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 may 2006 (71 yaşında)
Elmi dərəcəsi texnika elmləri doktoru
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Həyatı

Xasayev Arif Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1966-cı ilə qədər respublikanın neft mədənlərində, "Qaradağneft" NQÇİ ÜNİPR-in operatorundan rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1963-cü ildə "İstismar quyularında suların təcridi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1966–1986-cı illərdə onun elmi fəaliyyəti AzETNÇİ və AzNKİ ilə bağlı olub və burada o "Layların eyni vaxtda ayrı-ayrılıqda istismarı", "Neft hasilatının yeni üsulları", "Laylara fiziki-kimyəvi təsir üsulları" laboratoriyalarına və "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinə rəhbərlik etmişdir. 1974-cü ildə "Neft hasilatında qeyri-nyuton sistemlərinin tətbiqinin xassələrinin və xüsusiyyətlərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

Xasayev A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi və istismarının müxtəlif problemlərinin həlli.

Xasayev A.M. 200-dən artıq elmi məqalənin, bir sıra monoqrafiyanın, dərsliklərin, tədris-metodik vəsaitlərin müəllifidir. İxtiralara görə 60-dan artıq müəlliflik şəhadətnaməsi alıb. 30 elmlər namizədi hazırlayıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Xasayev haqqında məlumat. Arif Xasayev nədir? Arif Xasayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rasim Müzəffərli

  • Fevral 25, 2026

    Zaza dili

  • Fevral 27, 2026

    Nokia 6300

  • Fevral 27, 2026

    Volter Şivhart

  • Fevral 27, 2026

    Bitkilərin hərəkəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst