Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yeva Nikitiçna Olenskaya (1900, Quba, Bakı quberniyası, Rusiya imperiyası – 19 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatrının ilk aktrisalarından

Yeva Olenskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Yeva Olenskaya

Yeva Nikitiçna Olenskaya (1900, Quba, Bakı quberniyası, Rusiya imperiyası – 19 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatrının ilk aktrisalarından biri, Əmək Qəhrəmanı, Azərbaycan SSR xalq artisti.

Yeva Olenskaya
Yeva Nikitiçna Olenskaya
Digər adı Yevgeniya Olenskaya
Doğum adı Jevgenija Nikitiçna Olenskaja
Doğum tarixi 1900
Doğum yeri Quba, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 may 1959 (58–59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti rus
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1913–1959
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19491949
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yevgeniya Nikitiçna Olenskaya 1900-cü ildə Qubada anadan olub. Əslən rus olsa da uşaqlıqdan Azərbaycan dilini öyrənib və sonrakı dövrlərdə Yeva və ya Yeva xanım adı ilə tanınıb. 1907-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Böyük bacısı Aleksandra Olenskaya Azərbaycan fəaliyyət göstərən müxtəlif teatr truppalarında çıxış edirdi. İlk dəfə 1913-cü il oktyabrın 25-də 13 yaşında bacısı ilə birlikdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasında Asya rolunu ifa edib. 1913-cü ildə Nicat Cəmiyyətinin teatr truppasına daxil olub. Daha sonra bacısı ilə birlikdə Səfa Cəmiyyətinin teatr truppasında fəaliyyət göstərib.

1917-ci ildə Boris Svetlov və Q.Lemberq tərəfindən ekranlaşdırılmış "Arşın mal alan" filmində bacısı Aleksandra ilə birlikdə rol alıb və burada Telli obrazını canlandırıb.

1918-1919-cu illərdə Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi fəaliyyət göstərib. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti tərəfindən yaradılmış Türk Dövlət Teatrının aktrisalar heyətində olub.

1923-1926-cı illərdə Bakı Teatral Texnikumunda təhsil alıb. 1922-ci ilin axırlarından 1925-ci ilin əvvəllərinədək Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında daha sonra isə 1925-ci ildən ömrünün sonuna qədər, 34 il Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Burada həm milli dramaturgiya nümunələrində, həm də tərcümə əsərlərinin tamaşalarında dramatik, faciə, komik və xarakterik rollar yaradıb.

1927-ci ildə Əmək Qəhrəmanı, 1949-cu ildə isə Azərbaycan SSR xalq artisti adlarını alıb.

Yeva Olenskaya 19 may 1959-cu ildə Bakıda vəfat edib.

İfa etdiyi rollar

Azərbaycan dramaturgiyası

  • "Hacı Qara" (Sona və Teybə)
  • "Lənkəran xanının vəziri" (Şölə xanım)
  • "Pəri cadu" (Şamama)
  • "Köhnə dudman" (Pərviz xanın qızı)
  • "Dağılan tifaq" (Nazlı)
  • "Almaz" (Xanımnaz və Yaxşı)
  • "Oqtay Eloğlu" (Gülgəz)
  • "Sevil" (Tafta və Gülüş)
  • "Od gəlini" (Solmaz)
  • "Yaşar" (Tanya)
  • "Vaqif" (Hərəmxana qarısı),
  • "Fərhad və Şirin" (Məhmənə banu)
  • "Eşq və intiqam" (Yasəmən və Qəmər)
  • "Afət" (Altunsaç)
  • "Şeyx Sənan" (Tamara-Xumar)
  • "İblis" (Xavər)
  • "Knyaz" (Lena)
  • "Ölülər" (Zeynəb və Nazlı)

Xarici dramaturgiya

  • "Hamlet" (Ofeliya)
  • "Romeo və Cülyetta" (Cülyettanın dayəsi)
  • "Məkr və məhəbbət" (Millerin arvadı)
  • "Qaçaqlar" (Amaliya)
  • "Ögey ana" (Marqarita)
  • "Tom dayının daxması" (Eliza)
  • "80 gün dünya ətrafında " (Aoda)
  • "Kapitan Qrantın uşaqları" (Elmina)
  • "Gülən adam" (Dea)
  • "Günahsız müqəssirlər" (Arxipovna)
  • "Gənc qvardiya" (Vera nənə)
  • "Bir evin sirri" (Erna Kurtsius)
  • "Mehmanxana sahibəsi" (Ortenziya)
  • "Türkiyədə" (Tərcüməçi)
  • "Prokurorun qızı" (Leokadiya Lvovna)
  • "Şəxsi iş" (Derqaçova)

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1917) — rol: Telli

Ailəsi

Böyük bacısı Aleksandra (Şura) Olenskaya da aktrisa olub. Bacısının həyat yoldaşı Heydər Vəzirov Azərbaycan SSR xalq torpaq komissarı olub. 1937-ci ildə həyat yoldaşı və iki oğlu ilə birlikdə repressiyaya məruz qalıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yeva olenskaya sözünün mənası, yeva olenskaya haqqında məlumat. yeva olenskaya nədir? yeva olenskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İkinci Zobucuq

  • Fevral 28, 2026

    Alsheymer xəstəliyi

  • Fevral 27, 2026

    Achnatherum

  • Fevral 27, 2026

    Tətbiqi fizika

  • Fevral 28, 2026

    Selkuplar

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst