İkinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
| İkinci Zobucuq | |
|---|---|
| 39°32′22″ şm. e. 47°24′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Kərimbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 13 iyun 2008 |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | 994 26 |
| Nəqliyyat kodu | 19 |
![]() İkinci Zobucuq | |
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə İkinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Həmin Qanuna əsasən İkinci Zobucuq qəsəbəsi mərkəz olmaqla İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi
Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
2019-cu ilin dekabrına olan məlumata görə 2 saylı Zobucuq qəsəbəsinin ümumi əhalisi 1982 nəfərdi. Qəsəbədə 9 şəhid ailəsi, 19 Qarabağ müharibəsi əlili vardır.
İqtisadiyyatı
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Təhsil
İkinci Zobucuq qəsəbəsində 288 nəfərlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbədə "27 № li tam orta məktəb" fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İkinci Zobucuq haqqında məlumat. İkinci Zobucuq nədir? İkinci Zobucuq nə deməkdir?
