Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Monte "Avo" Melkonyan (erm. Մոնթե Մելքոնյան; 25 noyabr 1957, Viseyliya[d], Kaliforniya, ABŞ – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — erməni terrorçusu, ASALA te

Monte Melkonyan

  • Ana Səhifə
  • Vikipediya
  • Monte Melkonyan

Monte "Avo" Melkonyan (erm. Մոնթե Մելքոնյան; 25 noyabr 1957, Viseyliya[d], Kaliforniya, ABŞ – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu, podpolkovnik. Birinci Qarabağ müharibəsi iştirakçısı, Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş Azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak etmişdir.

Monte Melkonyan
erm. Մոնթե Մելքոնյան
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1957(1957-11-25)
Doğum yeri
  • Viseyliya[d], Kaliforniya, ABŞ
Vəfat tarixi 12 iyun 1993(1993-06-12) (35 yaşında)
Vəfat yeri
  • Mərzili, Ağdam rayonu, Azərbaycan
Vətəndaşlığı
  •  ABŞ
  •  Ermənistan
Təhsili
  • Berkli Kaliforniya Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu, ASALA, Dağlıq Qarabağ Respublikası
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Xidmət illəri 1979–1993
Rütbəsi
  • polkovnik-leytenant
  • podpolkovnik[d]
Komandanlıq edib
  • Martuni müdafiə rayonu
Döyüşlər
  • Livanda vətəndaş müharibəsi,
  • Birinci Qarabağ müharibəsi,
  • VAN əməliyyatı
Təltifləri Ermənistanın Milli Qəhrəmanı
Artsax Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlamışdır.

1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir, lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşamışdır.

1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edirdi.

Ölümü

Monte Molkonyanın öldürülməsi ilə bağlı Azərbaycan ictimaiyyətində iki məşhur iddia var:

  • Yüksək səviyyədə təbliğ edilən iddiaya görə, M. Melkonyan İbad Hüseynov tərəfindən öldürülmüş, daha sonra isə başı kəsilmişdir. Lakin, M. Melkonyanın dəfni zamanı başının yerində olması ictimaiyyətdə müəyyən suallar yaratmışdır və yalan olduğu ortaya çıxmışdır.
  • Digər bir iddiaya görə isə, 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə 258 nömrəli PDM-in ekipajı tərəfindən açılan atəşlə öldürülüb.

Filmoqrafiya

  • 258 №-li piyada döyüş maşınının ekipajı (film, 2014)
  • Xüsusi təyinatlı İbad (film, 2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Monte Melkonyan haqqında məlumat. Monte Melkonyan nədir? Monte Melkonyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dirndl

  • Fevral 27, 2026

    Marian adaları

  • Fevral 25, 2026

    Lusifer

  • Fevral 10, 2026

    9 fevral

  • Fevral 25, 2026

    Roma imperatoru

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst