Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yemelyan İvanoviç Puqaçov (rus. Емелья́н Ива́нович Пугачёв; 1742[…] – 10 (21) yanvar 1775, Moskva) — 1773–1775-ci illərdə Rusiyada kəndli üsyanının rəhbəri

Yemelyan Puqaçov

  • Ana Səhifə
  • Vikipediya
  • Yemelyan Puqaçov

Yemelyan İvanoviç Puqaçov (rus. Емелья́н Ива́нович Пугачёв; 1742[…] – 10 (21) yanvar 1775, Moskva) — 1773–1775-ci illərdə Rusiyada kəndli üsyanının rəhbəri

Yemelyan Puqaçov
rus. Емелья́н Ива́нович Пугачёв
Doğum tarixi 1742(1742)[…]
Vəfat tarixi 10 (21) yanvar 1775(1775-01-21) (32–33 yaşında)
Vəfat yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat səbəbi başın kəsilməsi[d]
Fəaliyyəti inqilabçı, hərbi qulluqçu, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

XVIII əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində bir hərc-mərclik hiss edilirdi. Çar taxtında əyləşdirilmiş III Pyotr prussiyapərəst siyasət yeridirdi. Bunun da nəticəsində saray əyanları arasında və qvardiyada müxalifət yarandı. III Pyotrun arvadı Yekaterinanın (yoxsullaşmış alman knyazı nəslindən olan Yekaterinanın qızlıq adı və soyadı Sofiya Avqusta Frederika olmuşdur) rəhbərliyi ilə saray çevrilişi oldu və çar qətlə yetirildi. Saray çevrilişinin təşkilatçısı II Yekaterina adı ilə hakimiyyət kürsüsünə yiyələndi və ərinin həyata keçirmək istədiyi bir sıra islahatları ləğv etdi. Belə qarışıq bir zamanda Don kazakları Yemelyan Puqaçovun başçılğı ilə üsyan etdilər. Təhkimli kəndlilər də, əsarət altında inləyən başqırdlar, tatarlar, qazaxlar da üsyançılara qoşuldular. Üsyan dalğası ölkənin böyük ərazisini bürüdü. Üsyançılar çar orduları üzərində bir sıra uğurlu qələbələr qazandılar. Bütün xalq hərəkatlarında olduğu kimi, Puqaçovun başçılıq etdiyi üsyanda əvvəlcədən hazırlanmış plan yox idi. Üsyançılar arasında nizam-intizama nəzarət etmək mümkün deyildi. Çox vaxt üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirdilər. Başqırdlar, tatarlar, qazaxlar bu üsyanı onları müstəmləkə əsarətindən azad edib, müstəqil dövlətlərini yaratmalarına imkan verməyəcəyini görüb geri çəkildilər. Varlı kazaklar mübarizənin istiqamətinin dəyişdiyini – kəndli mübarizəsinə çevrildiyini görüb hərəkatın rəhbərlərinə xəyanət mövqeyi tutdular. Təhkimli kəndlilər isə öz ağalarından qisas aldıqdan sonra ailələrinin yanına qayıdıb dinc ömür sürmək istədilər. Nəticədə xalq hərəkatı zəiflədi. Xəyanət nəticəsində Puqaçov tutulub çar hökumətinə təhvil verildi. Üsyan qəddarlıqla yatırıldı. Özünü çar III Pyotr kimi qələmə verən Puqaçovun və dörd yoldaşının Moskvada boynu vuruldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yemelyan puqaçov sözünün mənası, yemelyan puqaçov haqqında məlumat. yemelyan puqaçov nədir? yemelyan puqaçov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yamantau dağı

  • Mart 01, 2026

    İda-Virumaa

  • Fevral 27, 2026

    Səadət Sarayı

  • Mart 01, 2026

    Sinop döyüşü

  • Fevral 27, 2026

    Təbərzin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst