Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yelena Petrovna Blavatskaya (31 iyul (12 avqust) 1831, Dnepr, Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 26 aprel (8 may) 1891, London) — rus okkultist, pu

Yelena Blavatskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Yelena Blavatskaya

Yelena Petrovna Blavatskaya (31 iyul (12 avqust) 1831, Dnepr, Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 26 aprel (8 may) 1891, London) — rus okkultist, publisist, spiritualist, Teosofiya Cəmiyyətinin banisi.

Yelena Blavatskaya
Doğum adı Елена Петровна Ган
Helena Petrovna von Hahn
Doğum tarixi 31 iyul (12 avqust) 1831(1831-08-12)
Doğum yeri
  • Yekaterinoslav, Yekaterinoslav quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 26 aprel (8 may) 1891(1891-05-08) (59 yaşında)
Vəfat yeri
  • London, London qraflığı[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat səbəbi qrip
Fəaliyyəti filosof, yazıçı, jurnalist, occultist, redaktor[d], theosophist
Əsərlərinin dili ingilis dili
Tanınmış əsəri
  • Gizli Doktrina
Üzvlüyü
  • Teosofiya cəmiyyəti
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə yiyələnmiş və onlar haqqında əsaslı məlumat əldə etmişdir. Çətin xasiyyətli olmasına baxmayaraq, o, nəzərə çarpan bacarığı ilə 1875-ci ilin 13 sentyabrında özünün iki pərəstişkarı – polkovnik Henri Olkottun və Uilyam Cacın köməkliyilə "Həqiqətdən üstün din yoxdur" şüarı altında Teosof cəmiyyətini yaratmışdır.

Onun təqdim etdiyi teosof təliminin əsasında Brahmanizm, hinduizm və Buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və mqnostik elementlərin təsiri müşahidə edilmişdir. Təşkilat rəhbərləri dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənalarında oxşarlıq axtarmaq mövqeyindən çıxış edərək, müxtəlif inancları birləşdirib ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışmışdılar.

İlk vaxtlar cəmiyyətin fəaliyyəti Avropa və Amerikanın bir çox ölkələrində sürətlə yayılmışdı. Onun ətrafında astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insan toplaşmışdı

Blavatskaya və Olkott 1879-cu ildə Hindistana gedərək Adyar şəhərində cəmiyyətin mərkəzi qərargahını açmışdılar. Bu köçü Nyu-Yorkda üzləşilən maliyyə çətinlikləri və Olkottun kolonial iqtisadi sərmayəyə can atması ilə də izah edənlər var.

Seylon adasına gələn Blavatskaya burada üsyan qaldıran buddistləri müdafiə etməklə müstəmləkəçi dairələrlə əlaqələrini çətinləşdirsə də, Teosof cəmiyyətinin fəaliyyəti Seylondakı yerli buddist icmaları tərəfindən dəstəklənmişdir.

Tənqidi

Bir müddət sonra təşkilat ətrafında müxtəlif qalmaqallar baş vermiş və Blavatskaya casusluq, saxtakarlıq və şarlatanlıqda ittiham olunmuşdur. 1884-cü ildə növbəti qalmaqal zamanı Teosof cəmiyyətinin mənzil qərargahında çalışan təşkilatın hindistanlı mənsubları Emma və Aleksis Kulomb cütlüyü Blavatskayanın fırıldaqlarını – hərəkət edən divar, tavan və müqəvva "fokuslarının" mexanizmini üzə çıxarmışlar.

Ölümü

1891-ci ildə Londonda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yelena Blavatskaya haqqında məlumat. Yelena Blavatskaya nədir? Yelena Blavatskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Arxeologiya

  • Fevral 27, 2026

    Zaməddin Ziyadoğlu

  • Fevral 27, 2026

    Vyen (rayon)

  • Fevral 27, 2026

    Con Lennon

  • Fevral 26, 2026

    Alt

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst