Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaməddin Ziyadoğlu (tam adı:Həmişəyev Zaməddin Ziyad oğlu; 1 aprel 1947, Qazax) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üz

Zaməddin Ziyadoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Zaməddin Ziyadoğlu

Zaməddin Ziyadoğlu (tam adı:Həmişəyev Zaməddin Ziyad oğlu; 1 aprel 1947, Qazax) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Zaməddin Ziyadoğlu
Həmişəyev Zaməddin Ziyad oğlu
Doğum tarixi 1 aprel 1947(1947-04-01) (78 yaş)
Doğum yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Təhsili Bakıda Neft Texnikumu, Moskavada Sosial Münasibətlər Akademiyası
İxtisası Neftçi
Fəaliyyəti şair
Mükafatları "Tərəqqi" medalı — 20112011 "Əmək veteranı" medalı

Mündəricat

Həyatı və təhsili

Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il 1 aprel-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. İlk təhsilini öz doğma kəndlərində alıb. Bakıda neft texnikumunu bitirmişdir. Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olmuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti

Gənc neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamışdır. 25 il Neft Daşlarında işləmişdir.

Bədii yaradıcılığı

Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. “Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur. Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.

Kitabları

  • ”İlham bulağı”,
  • “Vurğuna Vurğun gəlin”,
  • “Tale yolum”,
  • “Turşməzə əhvalatlar”,
  • “Ümid çırağım”,
  • “Borçalı nisgili”,
  • “Həncərisən”,
  • “60 ildən 60 yarpaq”,
  • “İzim, sorağım”,
  • “Həncərisən”.

Təltif və mükafatları

”Əmək veteranı” medalı, keçmiş SSRİ və Azərbaycan Həmkarlar İttifaqının 40-dan artıq Fəxri fərmanı ilə təltif edilmiş, o, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezident İlham Əliyevin 18 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən Zaməddin Ziyad oğlu Həmişəyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zaməddin Ziyadoğlu haqqında məlumat. Zaməddin Ziyadoğlu nədir? Zaməddin Ziyadoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çul

  • Fevral 27, 2026

    Əl-Məhəllə əl-Kübra

  • Fevral 27, 2026

    Vəliəhd

  • Fevral 26, 2026

    Kutilər

  • Fevral 27, 2026

    Bağlayıcı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst