Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yekaterina Georgiyevna Qradova (rus. Екатерина Георгиевна Градова; 6 oktyabr 1946, Moskva – 22 fevral 2021, Moskva) — Sovet teatr və kino aktrisası, RSFSR əməkd

Yekaterina Qradova

  • Ana Səhifə
  • Vikipediya
  • Yekaterina Qradova

Yekaterina Georgiyevna Qradova (rus. Екатерина Георгиевна Градова; 6 oktyabr 1946, Moskva – 22 fevral 2021, Moskva) — Sovet teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1983).

Yekaterina Qradova
rus. Екатерина Градова
Doğum adı Yekaterina Georgiyevna Qradova
Doğum tarixi 6 oktyabr 1946(1946-10-06)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 22 fevral 2021(2021-02-22) (74 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Həyat yoldaşı Andrey Mironov
İqor Timofeyev
Uşaqları Mariya Mironova (doğma)
Aleksey Suxoverkov (götürülmə)
Atası Georgi Aleksandroviç Qradov
Anası Raisa İvanovna Qradova
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1969—1992
Təhsili
  • Moskva Dövlət Dilçilik Universiteti[d],
  • Moskva İncəsənət Teatr Məktəbi[d]
İstiqamət teatr
kino
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
"Xalqlar dostluğu" ordeni
IMDb ID0333569

Mündəricat

Həyatı

Yekaterina Georgiyevna Qradova 6 oktyabr 1946-cı ildə Moskvada tanınmış memar, professor, Georgi Qradov (1911–1984)) və Qoqol adına teatrın aktrisası Raisa Qradovanın (1923–2011) ailəsində anadan olub. Əvvəlcə Moskva xarici dillər institutunda, ardınca MXAT məktəb-studiyasında təhsil alıb (kurs rəhbəri — Vasili Petroviç Markov). Məşhur aktyor Andrey Mironovla nikahdan sonradan teatr və kino aktrisası kimi tanınacaq qızı Mariya Mironova dünyaya gəlib.

Aktrisa Yekaterina Qradovanın tamaşaçı kütləsi tərəfindən ilk dəfə tanınması 1969-cu ilə təsadüf edir. MXAT məktəb-studiyasının 4-cü kurs tələbəsi olarkən Mayakovski adına Moskva akademik teatrının "İstedadlar və pərəstişkarlar" tamaşasında baş rol olan Aleksandra Negina obrazını ifa edir. Həmin tamaşa rus teatrının ən görkəmli xadimləri tərəfindən səhnəyə qoyulmuşdu: quruluşçu rejissor Mariya Knebel, rəssam Yuri Pimenov, aktyorlar V. Orlova, Q. Kirillov, Vladimir Samoylov, Q. Anisimova, Aleksandr Lazarev, Maksim Ştraux və başqaları.

Aktrisa ən böyük şöhrətini isə 1973-cü ildə "Baharın on yeddi anı" çoxseriyalı bədii televiziya filminin ekranlara çıxmasından sonra qazandı. Qradova həmin filmdə Ket rolunu ifa etmişdi.

Sonrakı illərdə Qradova Satira Teatrının heyətinə qəbul edilmiş və 1987-ci ilə qədər orada çıxış etmişdir. Lakin 1980-ci illərin sonunda aktyorluq peşəsi Yekaterinanı darıxdırmağa başladı. O, həm teatrı, həm də kinonu tərk etdi. Aktrisanın fəaliyyətində son işi rəmzi olaraq, "Sonuncu" adlanan tamaşa olmuşdur.

1990-cı illərin əvvəlində din və Allaha inam barədə düşünməyə başlayır. O, xeyriyyə fondu təsis edir, yetim uşaqlara və kimsəsiz qocalara kömək etməyə başlayır. Bundan başqa Qradova Müqəddəs Tixon ilahiyyat institutunu bitirmiş, gimnaziya və məktəblərdə özünün yaratdığı "Canlı söz" fənnini tədris etməyə başlamışdır. Onun dərsləri İncil və rus klassik ədəbiyyatına əsaslanır. Həmçinin keçmiş aktrisa olaraq, "Müjdəçilər" (rus. Вестники) Ümumrusiya uşaq pravoslav hərəkatında kinoklubda məşğələlər aparır.

Ailəsi

  • Atası — Georgi Aleksandroviç Qradov (1911–1984) — memar.
  • Anası — Raisa İvanovna Qradova (1923–2011) — teatr aktrisası.
  • Birinci həyat yoldaşı — aktyor Andrey Mironov (1971–1976)
    • qızı — aktrisa Mariya Andreyevna Mironova (d. 28 may 1973, yaxud 1974)
      • nəvəsi — Andrey Udalov-Mironov (d. 4 iyun 1992)
  • İkinci həyat yoldaşı (1991-ci ildən) — İqor Timofeyev, nüvə fizikası üzrə keçmiş mütəxəssis, informasiya texnologiyaları ilə məşğul olmuş və Yekaterina Qradovanın kürəkəni İqor Udalovun rəhbəlik etdiyi "ИнтерВИД" şirkətində çalışmışdır. Yekaterina Qradova və İqor Timofeyev Optina monastırı ziyarətində tanış olublar.
    • götürmə oğlu — Aleksey Suxoverkov (d. 1992) (Nikah mərasimindən sonra uşaq evindən götürülüb)

Yaradıcılığı

Teatr rolları

Mayakovski adına Moskva akademik teatrı

  • 1969 — "İstedadlar və pərəstişkarlar" (Aleksandr Ostrovski) — A.N. Negina
  • 1969 — "Altıncı kitabın sonu" — Kristina

Moskva akademik Satira teatrı

  • 1970 — "Zaman əsirlikdədir" — Vsevolodun arvadı
  • 1970 — "Müdaxilə" — Janna Barbye
  • 1971 — "Don Kristobalın oyunbazı" — Rosita
  • 1972 — "Dilin altındakı həb" — Svetlana
  • 1973 — "Qəribə adam" — Mariya
  • 1973 — "Böyük evin kiçik komediyaları" — qadın
  • 1973 — "Uzuncorab Peppi" — Fröken Rozenblüm
  • 1974 — "Cırtdan" — müxbir
  • 1974 — "Bizim 50 yaşımız var!"
  • 1974 — "Şillə" — Sonya Zaxarova
  • 1975 — "Köpük" — Viktorina
  • 1975 — "Təmir" — Zalesskaya
  • 1978 — "Dilin altındakı həb" — Svetlana
  • 1979 — "Fenomenlər" — Lariçyeva
  • 1980 — "Xoruzun yuvası" — İskra
  • 1980 — "Qəribə adam" — Nihal
  • 1981 — "Vəhşi pullar" — Lidiya Çeboksarova
  • 1987 — "Sonuncular" — Sokolova

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1967Payız toylarırus. Осенние свадьбыMarina
1973Baharın on yeddi anırus. Семнадцать мгновений весныKatya Kozlova
Ketrin Kin
1976Doğuluşrus. РождениеKseniya
1979Görüş yerini dəyişmək olmazrus. Место встречи изменить нельзяSvetlana Petrovna Volokuşina
1998Yeni əhvalat. Baharın on yeddi anı 25 il sonrarus. Новейшая история. Семнадцать мгновений весны 25 лет спустяepizod

Teletamaşalar

  • 1971 — Baskervillərin iti (film-tamaşa) — Beril Steplton
  • 1971 — Qadın monastırı (film-tamaşa)
  • 1971 — İstedadlar və pərəstişkarlar — Aleksandra Negina
  • 1974 — Böyük evin kiçik komediyaları — aşiq qadın
  • 1978 — Çao! (film-tamaşa)
  • 1978 — Dilin altındakı həb — Svetlana
  • 1987 — Xoruzun yuvası — İskra

Mükafatlar

  • 28 iyun 1982 — "Xalqlar Dostluğu" ordeni — Sovet televiziya filmlərinin istehsalındakı xidmətlərinə və "Baharın on yeddi anı" filminin yaradılmasında fəal iştirakına görə
  • 1983 — "RSFSR əməkdar artisti" fəxri adı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yekaterina qradova sözünün mənası, yekaterina qradova haqqında məlumat. yekaterina qradova nədir? yekaterina qradova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ləzgilər

  • Fevral 26, 2026

    Tit

  • Fevral 27, 2026

    Sanidin

  • Fevral 27, 2026

    Yarasa (operetta)

  • Mart 01, 2026

    Abruzzo–Erikson sindromu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst