Yedigey (1352, Qızıl Orda – 1419, Kiçik Saray, Atırav vilayəti) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
| Yedigey | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1352 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1419 (66–67 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | hərbi lider[d], siyasətçi, bəylərbəy |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| Ailəsi | Manqıtlar |
| Dini | sünnilik |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yedigey haqqında məlumat. Yedigey nədir? Yedigey nə deməkdir?
