Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Tür

Qarluq xaqanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Qarluq xaqanlığı

Qarluq xaqanlığı (qaz. Қарлұқ қағанаты) 756-940-cü illərdə iqtidarda olmuş türk xaqanlığı.

Tarixi dövlət
Qarluq xaqanlığı
 — 
Paytaxt Suyab, sonra Balasaqun
Din Şamanizm sonra İslam
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Türk xaqanlığına tabe olsalar da, vaxtaşırı uyğurlarla ittifaqa qarşı çıxır, qonşu əraziləri qarət edirdilər.

734-cü ildə Bilgə xaqanın ölümündən sonra II Şərqi Türk xaqanlığı əvvəlki qüdrətini itirdi. Artıq VIII əsrin 40-cı illərində qarluqlar yabqu tərəfindən idarə olunurdular. 744-cü ildə qarluq, uyğur və basmil türk tayfaları birləşərək II Şərqi Türk xaqanlığına son qoydular.

VIII əsrin 50-ci illərində qarluq tayfa ittifaqı daha da güclənir. Qısa müddət ərzində onlar İli, Çu və Talas çayları vadisini ələ keçirərək, Talas və Suyab şəhərlərini zəbt edirlər. 766-cı ildə qarluqların yabqusu qərargahını Çu çayının kənarında yerləşən Suyab şəhərinə (Tokmak şəhəri) keçirdi.

766-940-cı illər arasında qarluqlar Yeddiçayarası ərazidə hakim qüvvə idilər. Lakin 940-cı ildə Şərqi Türküstanda yaşayan türkmənşəli yaqma tayfası bu əraziyə basqın etdi və dövlətin mərkəzi Balasaqun şəhərini tutaraq, Qarluq xaqanlığına son qoydular.

Adının mənşəyi

Qarluqlar 766-1215-ci illər arasında Orta Asiyada varlığını davam etdirən Türk boylarıdır. “Qar” adı ərəb mənbələrində “Harluk”, farsca əsərlərdə ” Halluh”, çin mənbələrində isə “Geluolu” formalarında istifadə edilmişdir. Qədim Türk çağlarında Karluklara “Üç Oğuz”, yəni “Üçboy” da deyilmişdir.

"Divanü Lüğat-it-Türk"də bir parçada deyilir: "Qarluq" "Köçəri türklərdən bir dəstə adıdır. Oğuzlardan ayrıdırlar. Oğuzlar kimi türkməndirlər".

Hökmdarları

  • 746 - Bilgə Yabqu Tun Apa Yigen Çor (毗伽葉護頓阿波移健啜)
  • 753 - Tun Bilgə Yabqu (頓毗伽葉護)

Həmçinin bax

  • Qarluqlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarluq xaqanlığı haqqında məlumat. Qarluq xaqanlığı nədir? Qarluq xaqanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İrəvan

  • Fevral 27, 2026

    Seysulan

  • Fevral 27, 2026

    Türk dünyası

  • Fevral 27, 2026

    Chaptalia

  • Fevral 27, 2026

    Afterşok

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst