Koprivnitsa (xorv. Koprivnica) — Xorvatiyanın şimal hissəsində yerləşən şəhər. Koprivnitsa-Krijevtsi jupaniyasının ən böyük şəhəri. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 30,854 nəfərdir.
| Kоprivnitsа | |||
|---|---|---|---|
| Koprivnica | |||
| |||
| |||
| 46°09′ şm. e. 16°49′ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 149 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +385 048 | ||
| Poçt indeksi | 48000 | ||
| Digər | |||
| koprivnica.hr | |||
![]() Kоprivnitsа | |||
Ümumi məlumatlar
Koprivnitsa Zaqrebdən şimal-şərqdə (paytaxta qədər olan məsafə 75 kilometrdir) yerləşir, Drava çayı boyunca bu yerdən keçən Macarıstanla sərhəddən 10 kilometr məsafədədir. 32 km şimal-qərbdə Varajdin, 30 km cənub-qərbdə Krijevtsi , 22 km cənub-şərqdə Djurdjevac şəhərləri yerləşirlər.
Koprivnitsa böyük nəqliyyat qovşağını təşkil edir. Zaqreb — Budapeşt və Varajdin — Osiyek kimi dəmir yolu magistralları buradan keçirlər. Avtomagistrallar Zaqreb, Varajdin, Osiyek və Macarıstana aparılar.
Koprivnitsa sənaye şəhəridir. Şəhərin iqtisadiyyatı qida, kimya və ağac emalı sənayesinə əsaslanır. Tanınmış "Vegeta"nı da daxil edilməklə qida məhsulları istehsal edən Podravka firması şəhərin ən böyük müəssisəsidir.
Şəhərdə həmçinin Pan pisvəsinin (marka ölkənin pivə bazarının 16%-ını təşkil edir) də istehlakçısı olan Carlsberg şirkətinin zavodları yerləşir.
Əhalinin məskunlaşması
Şəhərin sahəsi 90,94 km²-dir.
- Bakovçitsa, əhalisi 321
- Draqanovets, əhalisi 506
- Hereşin, əhalisi 728
- Yagnyedovets, əhalisi 344
- Koprivnitsa, əhalisi 23,955 nəfər
- Krunovets Breq, əhalisi 641
- Reka, əhalisi 1,507
- Stariqrad, əhalisi 2,386
- Ştaqlinets, əhalisi 466
Görkəmli şəxsləri
- Vanna
- Zlata Bartl
- İvan Brkiç
- Jarko Dolinar
- İvitsa Hirşl
- Baltazar Dvorniçic Napuli
- İvan Generaliç
- İvan Qolats
- Slavko Lövı
- Armin Şrayner
- Milivoj Solar
- Branko Svarc
Qalereya
Koprivnitsada əsas binalar
Şəhər parkındakı Paqoda
Müqəddəs Nikolay kilsəsi
Monastır
Koprivniçadakı park
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kоprivniçа sözünün mənası, kоprivniçа haqqında məlumat. kоprivniçа nədir? kоprivniçа nə deməkdir?
