Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi.
| Yasəmən | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Birgözkimilər Cins: Yasəmən | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir.
İstifadəsi
Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir.
Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz edir. Həddindən artıq qəbul etsən başağrısı əmələ gətirir. Bu halda bənövşə, qızılgül və sirkə onu tarazlaşdırır.
Böyük yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrısında işlədilir. Yarpaqlarının təzə şirəsi döymələri (mozolları) yumşaldır. Çiçəklərin həlimi gözün yuyulması üçün tətbiq edilir, güllərinin cövhəri isə kosmetikada istifadə olunur.
Müasir elmi təbabətdə yasəmənin geniş istifadəsi öz yerini tapmamışdır. Yasəmən çiçəklərindən, tərkibində keton, jasmon və indol olan yasəmən yağı alırlar. Parfumeriya və kosmetikada istifadə edilir.
Sinonimləri
Heterotipik sinonimləri
- Busbeckia Hécart
- Ligustrina Rupr.
- Lilac Mill.
- Liliacum Renault
Növləri
- Syringa emodi Wall. ex Royle
- Syringa fauriei H.Lév.
- Syringa josikaea J.Jacq. ex Rchb.
- Syringa komarowii C.K.Schneid.
- Syringa oblata Lindl.
- Fars yasəməni (Syringa persica L.)
- Syringa pinetorum W.W.Sm.
- Syringa pinnatifolia Hemsl.
- Syringa pubescens Turcz.
- Syringa reticulata (Blume) H.Hara
- Syringa tomentella Bureau & Franch.
- Tüklü yasəmən (Syringa villosa Vahl)
- Adi yasəmən (Syringa vulgaris L.)
Süni hibridləri
- Çin yasəməni (Syringa × chinensis Willd.)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yasəmən haqqında məlumat. Yasəmən nədir? Yasəmən nə deməkdir?
