Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

Tüklü yasəmən

  • Ana Səhifə
  • Vikipediya
  • Tüklü yasəmən

Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

Tüklü yasəmən
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Zeytunkimilər
Triba:
Zeytunkimilər
Yarımtriba:
Birgözkimilər
Cins:
Yasəmən
Növ:
Tüklü yasəmən
Beynəlxalq elmi adı
  • Syringa villosa Vahl
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  507197
NCBI  150409
EOL  483019

Mündəricat

Arealı

Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır.

Botaniki xarakteristikası

Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür. Çiçəkləri çəhrayı-bənövşəyi, ətirlidir. Çiçək tacının hissələri ucunda qaşıqvaridir. Qutucuğu küttəhər və ya yuxarı hissədə bir az biz, uzunluğu 1,7 sm-dir. İyun-iyulda çiçəkləyir. İyulun ikinci yarısında və ya avqustda meyvəsi yetişir.

Ekologiyası

Soyuğa, quraqlığa davamlı bitkidir. Rütübətli, gilli torpaqlarda yaxşi bitir.

Azərbaycanda yayılması

Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.

İstifadəsi

Yaşıllaşdırmada, qrup əkinlərində və canlı hasarların salınmasında istifadə edilir.

Yarımnövləri

  • Syringa villosa subsp. villosa
  • Syringa villosa subsp. wolfii (C.K.Schneid.) Jin Y.Chen & D.Y.Hong

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tüklü yasəmən haqqında məlumat. Tüklü yasəmən nədir? Tüklü yasəmən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaraqaya (Qaraqoyunlu)

  • Mart 01, 2026

    Rauf Pənahov

  • Fevral 27, 2026

    Məhəmməd Şeybani

  • Mart 01, 2026

    Fərman Kərimzadə

  • Fevral 27, 2026

    Kalinino rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst