Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi.

Yan Komenski

  • Ana Səhifə
  • Vikipediya
  • Yan Komenski

Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi.

Yan Komenski
Yan Amos Komenski
Doğum tarixi 28 mart 1592
Doğum yeri Moraviya, Çexiya
Vəfat tarixi 15 noyabr, 1670
Vəfat yeri Amsterdam, Hollandiya
Təhsili
  • Heydelberq Universiteti (1613–1614)
Fəaliyyəti müəllim, pedaqoq, filosof, alim, ilahiyyatçı, dilçi, yazıçı, arxivçi, tarixçi, siyasətçi, Yepiskop, missioner
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

Via Lucis', 1668
  • Yan Komenski 1592-ci il mart ayının 28-də çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. İbtidai təhsilini həmin icma məktəbində alıb.
  • 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə "Bütün əşyaların teatrı" adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda "Çex dilinin xəzinəsi" adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656).
  • 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib.
  • 1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir. Burada o, gimnaziyada dərs deyir, öz "Didaktika"sını (çex dilində) bitirir (1632), onu yenidən işləyib latın dilinə tərcümə edir ("Böyük didaktika", 1632), bir neçə dərslik: "Dillərə açıq qapı" (1631), "Astronomiya" (1632), "Fizika" (1633), ailə tərbiyəsi məsələlərinə həsr olunmuş ilk rəhbərlik kitabını yazır — "Analıq məktəbi" (1632).
  • Komenski ciddi şəkildə pansofiya ideyası üzərində (hər kəsi hər şeyə təlim etmə) çalışır.
  • Həmin əsrin 40-cı illərində bir sıra dərslik nəşr edir. 1650-ci ildə Komenski Macarıstana məktəb işini qurmaq üçün dəvət alır. Burada Komenski pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını, tədris planını, cədvəli özünün "Pansofik məktəb" əsərində işləyib hazırlayır (1651).
  • Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Komenski tədris materialını dramatikləşdirmək metodundan istifadə edir. Birinci olaraq Komenski xüsusi məktəb üçün bir sıra pyes yazır. Bu tədris metodu və tədris pyeslərini o "Dillərə açıq qapı" və "Məktəb-oyun" (1656) kitablarında toplayır. Macarıstanda Komenski ilk şəkilli tədris kitabını, dərsliyi tərtib edir – "Rəsmlərdə əşyalar aləmi" (1658).
  • Amsterdama köçdükdən sonra Komenski hələ 1644-cü ildə başlamış əsaslı əsəri üstündə işini davam etdirir. Bu əsərdə ("Bəşəri əməllərin islah edilməsinə dair ümumi tövsiyə") Komenski insan cəmiyyətinin islahının planını verir. Əsərin ilk iki hissəsi 1662-ci ildə, qalan 5 hissənin əlyazmaları isə XX əsrin 30-cu illərində tapılıb. Tam şəkildə əsər 1966-cı ildə latın dilində Praqada nəşr olunub.
  • Uzun ömrünün yekununu Komenski "Yeganə lazım olan" əsərində toplamışdır (1668).
  • Komenskinin pedaqoji fikirləri əsasında Uşinskinin "Rodnoye slovo" kitabə işlənib.
  • Uşinskinin pedaqoji prinsiplərinin əsasında isə Səfərəli bəy Vəlibəyov və Çernyayevski tərəfindən "Vətən dili" kitabları tərtibini tapmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yan Komenski haqqında məlumat. Yan Komenski nədir? Yan Komenski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fərhad Bədəlbəyli

  • Fevral 27, 2026

    Yaqub Rüstəmov

  • Fevral 27, 2026

    Həcc ziyarəti

  • Fevral 27, 2026

    Piyada

  • Fevral 27, 2026

    Maranyan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst