Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaqub Rüstəmov Azərbaycanlı toxucu (20 oktyabr 1942, Mahrızlı, Ağdam rayonu – 12 noyabr 2011, Mingəçevir) — Sosialist Əməyi Qəhrəmanı (1980). Yüngül və Toxuculu

Yaqub Rüstəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Yaqub Rüstəmov

Yaqub Rüstəmov Azərbaycanlı toxucu (20 oktyabr 1942, Mahrızlı, Ağdam rayonu – 12 noyabr 2011, Mingəçevir) — Sosialist Əməyi Qəhrəmanı (1980). Yüngül və Toxuculuq Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

Yaqub Rüstəmov
Doğum tarixi 20 oktyabr 1942(1942-10-20)
Doğum yeri
  • Mahrızlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 noyabr 2011(2011-11-12) (69 yaşında)
Vəfat yeri
  • Mingəçevir, Azərbaycan
Dəfn yeri
  • Mingəçevir
Həyat yoldaşı Lyubov Rüstəmova
Milliyyəti SSRİ SSRİ→
Azərbaycan Azərbaycan azərbaycanlı
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları

Sosialist Əməyi Qəhrəmanı "Lenin" ordeni

rus. орден «Трудовое Красное Знамя»

Mündəricat

Həyatı

Yaqub Rüstəmov 20 oktyabr 1942-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmuşdur. Həyatının böyük bir hissəsini Mingəçevirdə keçirmişdir. O, Mingəçevir Toxuculuq Kombinatında usta köməkçisi kimi çalışmış və qısa müddətdə yüksək əmək göstəriciləri ilə tanınmışdır.

1970–1980-ci illərdə Azərbaycanın sənaye inkişafında fəal iştirak edən Yaqub Rüstəmov bir neçə nəfərin əmək normasını yerinə yetirərək ittifaq miqyasında unikal nəticə göstərmiş, “bir beşillikdə üç beşilliyin göstəricilərinə” nail olmuşdur. Bu nailiyyətlərinə görə SSRİ və Azərbaycan mətbuatı onu “əmək qəhrəmanı”, “1990-cı ilin adamı” kimi təqdim etmişdir.

Əmək fəaliyyəti və mükafatları

1970-ci illərin əvvəllərində Mingəçevir və Şuşa toxucuları arasında keçirilən sosialist yarışında Yaqub Rüstəmov misilsiz göstərici əldə etmişdir. O, eyni vaxtda 112 toxuculuq dəzgahında işləyərək respublika miqyasında yeni rekord qoymuş, bununla da SSRİ səviyyəsində tanınmış toxucuya çevrilmişdir. Onun göstəriciləri ilə bağlı Moskva, İvanovo və digər şəhərlərdən gələn müfəttişlər tərəfindən aparılan yoxlamalar nəticələrin tam doğruluğunu təsdiqləmişdir.

Doqquzuncu beşillik dövründə Rüstəmov 13 illik planı yerinə yetirmiş, 1976–1980-ci illərdə isə bu uğurunu daha da təkmilləşdirərək 128 dəzgahda çalışmış və 5,5 milyon metr parça toxumuşdur (plan üzrə 2 milyon 80 min metr əvəzinə). Bu əmək nailiyyətlərinə görə SSRİ mətbuatı onu “1990-cı ilin adamı” adlandırmışdır.

1979-cu ildə Azərbaycan rəhbəri Heydər Əliyevin təqdimatı ilə Yaqub Rüstəmov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu yüksək təltif 1980-ci il 1 may tarixində elan edilmişdir.

O, həmçinin SSRİ-nin 2 Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif edilmişdir.

İctimai fəaliyyəti

Yaqub Rüstəmovun fəaliyyəti və uğurları ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Heydər Əliyev onu bir neçə dəfə rəsmi tədbirlərdə tərifləmiş, şəxsi diqqət və qayğı göstərmişdir. 1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə göndərilməsi zamanı Rüstəmovun onunla bağlı söylədiyi səmimi sözlər yadda qalmışdır.

1990-cı illərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ərəfəsində Yaqub Rüstəmov fəal mövqe nümayiş etdirmiş, ümummilli liderin dəstəyini açıq şəkildə ifadə etmişdir.

Yaqub Rüstəmov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Mingəçevir Şəhər Partiya Komitəsinin büro üzvü olmuş, həmçinin SSRİ və Azərbaycan partiya qurultaylarının nümayəndəsi kimi çıxış etmişdir.

1980-ci illərin əvvəllərində o, Yüngül və Toxuculuq Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə sədr seçilmişdir. O, həmkarlar hərəkatının inkişafında və işçilərin sosial müdafiəsində mühüm rol oynamışdır.

Mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı (1980)
  • Lenin ordeni (2 dəfə)
  • Qırmızı Əmək Bayrağı ordeni

Xatirəsi

Yaqub Rüstəmov Azərbaycan sənaye tarixinə əmək qəhrəmanı, zəhmətkeş və sadə insan kimi düşmüşdür. Onun həyatı və fəaliyyəti haqqında bir sıra məqalələr və publisistik yazılar dərc edilmişdir. Yaqub Rüstəmov ailəli idi, 3 övladı və 5 nəvəsi var idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaqub Rüstəmov haqqında məlumat. Yaqub Rüstəmov nədir? Yaqub Rüstəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kompton (Kaliforniya)

  • Fevral 27, 2026

    İbrahim ən-Nəxai

  • Fevral 27, 2026

    Monqol Qobisi

  • Fevral 27, 2026

    Svan dili

  • Fevral 27, 2026

    Pol Sezan

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst