Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı.

Yaşar Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Yaşar Hüseynov

Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı.

Yaşar Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1981(1981-03-12) (44 yaş)
Doğum yeri
  • Abdal, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2000—
Rütbəsi
Baş gizir
Döyüşlər
  • Azərbaycan–Ermənistan arasında toqquşma (avqust, 2014)
  • Azərbaycan–Ermənistan arasında toqquşma (aprel, 2016)
  • Qarabağ müharibəsi (2020)
    • Cəbrayılın azad edilməsi
    • Füzulinin azad edilməsi
    • Şuşanın azad edilməsi
Təltifləri Vətən Müharibəsi Qəhrəmanı — 20202020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024 "Cəbrayılın azad olunmasına görə" medalı — 20202020 "Füzulinin azad olunmasına görə" medalı — 20212021 "Şuşanın azad olunmasına görə" medalı — 20202020 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Şücaətə görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

Tərcümeyi-halı

Yaşar Əhəd oğlu Hüseynov 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal qəsəbəsində anadan olub. 1987-ci ildə Abdal qəsəbə orta məktəbinin birinci sinfinə gedib. 4 sentyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Abdalın işğal edilməsindən sonra ailəsi ilə birgə Bərdə rayonunda qaçqın həyatı yaşayıb. Orta təhsilini 1999-cu ildə Bərdə rayonunda başa vurdu. Evlidir. Bir oğlu və bir qızı var.

Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Yusifcanlı (Ağdam rayonu) istiqamətində şəhid olub.

14 yanvar 2000-ci ildə Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2000-ci ilin avqustunda Xüsusi Təyinatlı Qüvvələrin nəzdində olan "Gizir Hazırlığı Kursu"na qatılıb və 2001-ci ilin martından Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib.

2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan arasında baş verən döyüş əməliyyatlarında Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında qarşı tərəfin dərinliyində döyüş tapşırığının icrası zamanı ağır yaralanıb (sağ bazunun orta 3/1-nin odlu silah yaralanması, sağ mil sinirin zədələnməsi, çox qəlpəli açıq yerdəyişmiş sınıq). 8 ay müalicə aldıqdan sonra 2015-ci ilin aprelində xidmətini bərpa edib.

2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən növbəti toqquşma zamanı Goranboyun Tap Qaraqoyunlu və Tərtərin Talış istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.

2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. 09.10.2020-ci ildə Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı odlu silah güllə yarası alaraq Füzuli rayon xəstəxanasına təxliyə olunub. 10.10.2020-ci ildə oradan Mingəçevir şəhər xəstəxanasına təxliyə olunaraq müalicə alıb. 21.10.2020-ci ildə tam sağalmamış Mingəçevir şəhər xəstəxanasından çıxaraq yenidən döyüş əməliyyatlarına qayıdıb.

30.10.2020-ci il tarixindən etibarən Xocalı rayonunun Çanaqçı və Sığnaq, Şuşa rayonunun Daşaltı yaşayış məntəqələrini də daxil olmaqla Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 5-dən 6-na ötən gecə Şuşa şəhərinə daxil olmuş, noyabrın 6-da səhər saatlarında Bölmə Komandiri və digər 5–6 nəfərlə birgə Şuşa şəhərinin təmizlənməsində yaxından rol alıb. Saat 13:45-də Şuşa şəhərində bələdiyyə binasının üzərində salcılan Dağlıq Qarabağ bayrağını oradan çıxararaq əvəzinə Azərbaycan bayrağını sancıb.

Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Şücaətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yaşar hüseynov sözünün mənası, yaşar hüseynov haqqında məlumat. yaşar hüseynov nədir? yaşar hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Verst

  • Mart 06, 2026

    Riçard Stoun

  • Fevral 27, 2026

    Nisbilik nəzəriyyəsi

  • Fevral 27, 2026

    Britaniya Kolumbiyası

  • Fevral 27, 2026

    Voloqda vilayəti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst